"ABŞ İrana hədəf alsa, Azərbaycan üçün ciddi təhlükələr yaranacaq" - Politoloqdan AÇIQLAMA

"ABŞ İrana hədəf alsa, Azərbaycan üçün ciddi təhlükələr yaranacaq" - Politoloqdan AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp İranın bombardmanlara məruz qalacağı ilə hədələyib. Tramp qeyd edib ki, İran nüvə silahı üzrə sazişi iki ay ərzində imzalamasa ABŞ tərəfindən hərbi zərbələr qaçınılmaz olacaq. 


Bu təhdid nə qədər realdır və belə bir hücum Azərbaycan üçün hansı riskləri yaradacaq?


Mövzu ilə bağlı Sfera.az-a müsahibə verən politoloq Sultan Zahidov Trampın İrana qarşı maksimum təzyiq kampaniyasını davam etdirdiyini vurğulayıb:


“Tramp birinci prezidentliyi dövründə olduğu kimi, ikinci dəfə də prezidentliyə seçilər seçilməz İrana qarşı sərt təzyiq siyasətini yenidən gündəmə gətirib. ABŞ-nin İranın nüvə proqramından narahatlığı və İsrailın təhlükəsizlik maraqları, bu siyasətin əsas təməlini təşkil edir".


Politoloq Trampın ABŞ və İsrail münasibətlərinə xüsusi diqqət çəkib:


“Tramp İsrailə ən yaxın prezident kimi tarixə düşüb. Onun İsrailin paytaxtını tanıması və İsrailin milli təhlükəsizlik məsələlərindəki mövqeyi, İranın nüvə proqramı ilə bağlı ABŞ-nin siyasətini daha da sərtləşdirməyə səbəb olub”.


S.Zahidov ABŞ-nin İrana qarşı davranışında üç mümkün ssenarinin olduğunu da bildirib:

 

“Birinci ssenaridə ABŞ ilə İran arasında nüvə proqramı üzrə razılaşma imzalanacaq. Bu ssenari həyata keçərsə, İsrail üçün rahatlıq təmin olanacaq. İkinci ssenaridə ABŞ ilə razılaşma olmadan İranın özü nüvə proqramını dayandıracaq. Üçüncü ssenari isə İranın nüvə silahı əldə etməsi riski ilə bağlıdır ki, bu variantda İsrail İrana ciddi hərbi müdaxilə edəcək”.


Ekspert hesab edir ki, razılaşma olmasa ABŞ və İsrail İrana qarşı daha sərt addımlar atacaq:


“İsrail ABŞ-nin dəstəyi ilə İranın nüvə obyektlərinə zərbələr endirə bilər. Həmçinin, ABŞ İsrailin tələblərinə uyğun olaraq, İrana qarşı iqtisadi sanksiyaları sərtləşdirə bilər. Birbaşa hücum ehtimalı isə daha azdır, çünki bu, Orta Şərqdə böyük münaqişə riski yaradardı”.


S.Zahidov ABŞ-nin İrana hücum edəcəyi təqdirdə Azərbaycan üçün yaranacaq risklərin də olduğunu dedi:

 

“Əgər ABŞ İrana hücum etsə, Azərbaycan üçün ciddi təhlükələr yaranacaq. Çünki Azərbaycan İranın qonşusudur və burada radikal meyillərin artması, terrorizm kimi təhlükələrin baş qaldırması ehtimalı var. Bu, Azərbaycanın sabitliyini təhdid edə bilər”.

 

Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...

Prezidentdən Silahlı Qüvvələr Günü paylaşımı - FOTO

Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...