Rusiya "sözə qulaq asmasa", neft ucuzlaşa bilər

Rusiya "sözə qulaq asmasa", neft ucuzlaşa bilər

Rusiya və Ukrayna arasında atəşkəsin əldə edilməməsi rəsmi Vaşinqtonun daha sərt tədbirlərə əl atmasına səbəb ola bilər. Ehtimal edilir ki, ABŞ sərt tədbirlərdən biri kimi neft qiymətlərinin aşağı salınmasına çalışacaq. 


Xatırladaq ki, Donald Tramp ABŞ prezidenti seçilməmişdən öncə belə bir variantın nəzərdən keçiriləcəyini bəyan etmişdi. Amma Rusiya ilə münasibətlərin normallaşması bu ehtimalı reallaşmasını minimuma endirdi. 


Yenidən ABŞ və Rusiya arasında münasibətlərdə gərginlik müşahidə edilir. Bu gərginlik fonunda Vaşinqtonun neft qiymətlərinin endirilməsi variantından istifadə edə bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Politoloq Asif Nərimanlı ABŞ və Rusiya arasında baş verən gərginliyin enerji bazarına təsir imkanlarının olduğunu qeyd etdi. 

 

A.Nərimanlı bildirdi ki, neftin qiymətinin tənzimlənməsi prosesində siyasi məsələlər həmişə mühüm rol oynayıb və bundan daha çox təsir vasitəsi kimi istifadə edilib:

 

"Dünyada baş verən siyasi, hərbi proseslər neftin qiymətinin tənzimlənməsinə ciddi təsir göstərir. Bir çox hallarda, xüsusilə böyük miqyaslı bazarlarda, neftin qiymətini müəyyən etmək üçün siyasi amillərin rolunu görürük.

 

Neftin qiymətinin enməsi Rusiya üçün arzuedilən deyil. Rusiyanın xərclərinə baxdıqda görürük ki, burada əsas rol oynayan faktor neftin qiymətidir. Buna görə də Rusiya daim enerji bazarlarında mövqeyini gücləndirmək, əməkdaşlığı genişləndirmək istəyir ki, neft qiymətləri çox enməsin. Amerika isə buna qarşı müxtəlif tədbirlər görür, bu da neftin qiymətinin tənzimlənməsinə təsir göstərir, xüsusən də Rusiyanın neft qiymətlərinin aşağı düşməsinə səbəb olur”.


Ekspert ABŞ dollarının da neftin qiymətləri üzərindəki təsir gücünə sahib olduğunu dedi:

 

"Dünyanın əsas neft ticarəti dollarla həyata keçirilir. Bu baxımdan, Amerika, neftin qiymətinin daha aşağı olmasında maraqlıdır, amma bu, tam olaraq Rusiya üçün yaxşı nəticələrə səbəb olmur.


Amerika həm də dünyada neft ticarətinin nəzarətini əlində saxlamağa çalışır. Bu, qiymətlərin artmasına səbəb ola bilməz, amma ABŞ, neftin qiymətinin minimallaşdırılmasına çalışır. Bu, Amerika üçün əhəmiyyətli bir strateji hədəfdir”.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...

Prezidentdən Silahlı Qüvvələr Günü paylaşımı - FOTO

Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...