Ordumuzun Aprel qələbəsi


Ordumuzun Aprel qələbəsi

2016-cı ilin Aprel döyüşləri erməni işğalçılarının atəkəsi pozması və təmas xətti boyunca yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutması ilə başlamışdı. Düşmənin hücumuna qətiyyətlə cavab verən ordumuz erməni hərbi birləşmələrinə və onların ərazidə yerləşən qərargahlarına cavab atəşi endirməklə əks-hücuma keçdi və 4 günlük intensiv döyüşlər Tərtər, Cəbrayıl və Goranboy rayonlarının işğal altında olan kəndlərinə gedən yolların təmizlənməsi ilə nəticələndi. Döyüşlər zamanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsi yaxınlığındakı Lələtəpə yüksəkliyinin ələ keçirilməsi xüsusi strateji əhəmiyyətə malik idi. Lələtəpə yüksəkliyinin alınması ilə ordumuzun daha geniş əraziləri nəzarət altına almaq imkanı yarandı. Azad edilmiş ərazilərdə ordumuz öz mövqelərini möhkəmləndirdi və gələcək uğurlu əməliyyatlar üçün etibarlı plasdarm yaratdı.

 

Aprel döyüşləri və əldə olunmuş nəticə gələcək böyük Zəfərimizin ilk müjdəsi idi. Bu döyüşlər həm də taktiki-kəşfiyyat xarakterli əməliyyat idi. Ermənilərin namərd hücumu uzun illər ərzində torpaqlarımızı işğaldan azad etməyə hazırlaşan ordumuza ağır təlimlər zamanı yiyələndiyi bilik və bacarıqları ilk dəfə olaraq real döyüş şəraitində sınaqdan çıxarmaq fürsəti vermişdi. Bu çox uğurlu bir sınaq oldu. Aprel döyüşlərində qazanılmış qələbə həm Ordumuzun, həm də xalqımızın döyüş ruhunu və qələbə əzmini daha da yüksəltdi.

 

Lələtəpə yüksəkliyinin azad olunması ilə Cocuq Mərcanlının bərpası və məcburi köçkünlərin öz evlərinə qayıdışı başlandı. Bu proses bu gün həyata keçirilən Böyük Qayıdışın ilk addımı idi. Cocuq Mərcanlıya qayıdış 1 milyona yaxın qaçqın və məcburi köçkün soydaşlarımızın ata-baba yurduna qayıtmaq ümidini daha da artırdı, ordumuzu daha böyük qələbələrə ruhlandırdı.

 

2016-cı ilin Aprel döyüşləri 30 illik Qarabağ müharibəsinin ən parlaq səhifələrindən biri kimi Zəfər tariximizin bir parçasıdır və Azərbaycan xalqı bu şanlı tarixlə fəxr edir.

 

Aprel döyüşlərinin ildönümündə Vətənin işğaldan azad olunması, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş bütün şəhidlərimizi sonsuz minnətdarlıq hissi ilə xatırlayır və onlara Allahdan rəhmət diləyirəm. Qazilərimizə möhkəm can sağlığı və şəfa diləyirəm!

 

Cavanşir Feyziyev


OXŞAR XƏBƏRLƏR

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...

Prezidentdən Silahlı Qüvvələr Günü paylaşımı - FOTO

Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...