"Rusiyanın hücumuna hazır olmalıyıq" - Almaniyanın Baş Qərargah rəisi

"Rusiyanın hücumuna hazır olmalıyıq" - Almaniyanın Baş Qərargah rəisi

Almaniya Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Karsten Broyer, İngiltərə media orqanına verdiyi açıqlamada, Rusiyanın real bir təhdid olduğunu və məcburi hərbi xidmətə qayıdışın zəruri olduğunu bildirib. 


Sfera.az "BBC"yə istinadən xəbər verir ki, Ukrayna işğalı Almaniyanın müharibəyə yanaşma tərzini köklü şəkildə dəyişdirib və ölkə müharibəyə hazırlıq qərarı alıb.


Almaniyada parlament, müdafiə xərclərini sərt borclanma qaydalarından azad etmək qərarı alıb, bunun nəticəsində orduya böyük sərmayə qoyuluşu təsdiqlənib.
Baş Qərargah rəisi Rusiyanın aqressiyasının yalnız Ukrayna ilə məhdudlaşmayacağını və buna görə də müdafiə xərclərinin artırılmasına təcili ehtiyac duyulduğunu qeyd edib:

 

"Biz Rusiyanın təhdidi altındayıq. Putin tərəfindən təhdid edilirik. Bunu dəf etmək üçün nə lazımdırsa etməliyik".


Broyer, NATO-nun da mümkün hücuma qarşı hazır olmasının lazım olduğunu vurğulayıb:

 

“Məsələ, nə qədər vaxtın olduğu deyil, Putinin bizə nə qədər vaxt verəcəyidir. Nə qədər tez hazırlansaq, bir o qədər yaxşı olar".


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Suriya Prezidentinin türmədə çəkilən şəkilləri yayılıb - FOTO

Suriyanın Prezidenti Əhməd Şaranın ABŞ işğalı dövründə İraqda yerləşən Taçi həbsxanasında saxlandığı və həmin vaxt çəkilmiş fotolarının yayımlanması böyük rezon...

Elm adamları ABŞ-ni tərk edir - Avropa bu fürsəti dəyərləndirmək istəyir

Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın elmi siyasətləri nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan alimləri qəbul etməyə hazır olduqlarını bildi...

Məhkəmə tiktoker "Xozeyn"lə bağlı QƏRAR VERDİ

Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimovun həbs müddəti uzadılıb.   ...

Çin Zelenskinin dediklərini təkzib etdi: "Ukrayna məsələsində mövqeyimiz aydındır"

Çin hökuməti Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Rusiyaya silah və barıt tədarük etməsi ilə bağlı səsləndirdiyi iddiaları cümə günü rəsmən təkzib e...

Azərbaycana gələn turistlərin sayı azalıb

Bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.1 faiz azalaraq 508 min nəfər olub.    Sfera.az ...

İran prezidenti bu tarixdə Azərbaycana gəlir

Aprelin 27-də İran prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Ticarət, Sənaye...