"Bir çoxlarının maskası sonradan yırtıldı" - Əziz Ələkbərli

"Bir çoxlarının maskası sonradan yırtıldı" - Əziz Ələkbərli


"Dünyanın, ABŞ, Rusiya və Fransa kimi nəhəng ölkələrinin və ən böyük beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədiyi bir problemi Azərbaycan öz gücü ilə 44 gündə həll edəndən sonra çoxlarının maskası yırtıldı və əsl siması ortaya çıxdı".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əziz Ələkbərli deyib. Onun sözlərinə görə, məlum oldu ki, həm Ermənistan, həm də Azərbaycan tərəfdən milyonlarla insanın əzab-əziyyəti, on minlərlə insanın ölümü ilə nəticələnən bu münaqişəyə səbəb olan da, 30 il ərzində onun bitməyini istəməyən də və bugün bölgəni yenidən müharibə meydanına çevirməyə çalışan da elə həmin dövlətlər, həmin təşkilatlar və onların əlaltılarıdır.

 

"Dünənə qədər bunu siyasəti gizli yürüdənlər 44 günlük müharibədən sonra artıq bunu açıq şəkildə edirlər. Onlar Azərbaycanı ittiham etməyə, Ermənistanı sülh göyərçini kimi göstərməyə çalışırlar. Ermənistanı öz imperialist maraqlarına alət edənlər, erməni xalqını bu yolda zəlil, erməni zehniyyətini əlil edənlər birdəfəlik anlamalıdırlar ki, Şərqi Avropada və Yaxın Şərqdə oynadıqları oyunlara Azərbaycan xalqının və Azərbaycan dövlətinin qarnı toxdur”. 

 

Millət vəkili vurğulayıb ki, ABŞ-nin Dini Azadlıq Komissiyasının missiyasını öz dini tolerantlığı ilə dünyaya örnək olan Azərbaycana deyil, etnik və dini mənsubiyyətinə - azərbayacanlı və müsəlman olduğuna görə Qərbi Azərbaycandakı ata-baba yurdlarından sonuncu nəfərinə qədər qovulub çıxarılan indiki Ermənistana göndərmək lazımdır.

 

“Dini Azadlıq” pərdəsi arxasında gizlənmiş bu qurum yaxşı olar ki, hesabat verəndə son 35 il ərzində indiki Ermənistanda dağıdılmış 300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədə də hesabat versin",- deputat yekunlaşdırıb.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...