"Onlar Türkiyə vətəndaşlarından daha çox Türkiyə siyasətindəymiş kimi davranırlar"- Bəhruz Məhərrəmov

"Onlar Türkiyə vətəndaşlarından daha çox Türkiyə siyasətindəymiş kimi davranırlar"- Bəhruz Məhərrəmov

"Bu gün Azərbaycan cəmiyyətində bir qism insan nə qədər qəribə olsa da, Türkiyə vətəndaşlarından daha çox Türkiyə siyasətindəymiş kimi davranır".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.

 

Millət vəkili qeyd edib ki, bu məsələdə Türkiyə özü qərar verəcək:

 

“Türkiyədəki problemi yoluna qoymaq üçün qardaş dövlətin yetərincə gücü, türk xalqının isə yetkin iradəsi mövcuddur və kənardan heç kimin məsləhət və tövsiyələrinə ehtiyac duyulmur. Bu mənada, Azərbaycandan, öz ölkəsində zərrə qədər nüfuzu olmayan siyasi luzerlərin Türkiyədə yaşananlara Azərbaycan siyasi kəsimi adına müdaxilə xarakterli çıxışlar etməsi sadəcə gülüş doğurur”.

 

B.Məhərrəmov əlavə edib ki, eyni kəsim bir zamanlar profillərini Ukrayna bayraqları ilə bəzəyir, çıxışlarını "Slava Ukrayna" sözləri ilə başlayıb-bitirirdilər, amma Trampın hakimiyyətə gəlməsi və ABŞ-nin bu məsələdə mövqeyini dəyişməsi, nəticədə bu təbliğata axan maliyyə kranını bağlaması ilə adıçəkilən dairələrin Ukrayna sevgisi də başa çatdı.  

 

Deputat vurğulayıb ki, bu gün həmin kəsimin yenidən fəallaşmasının məqsədi kifayət qədər aydındır:

 

“Antimilli şüur gizlətmir ki, baş verənlərə türk baharı kimi ümid edir. Amma bu adamlar hələ də başa düşmür ki, türkün baharı idxal olunan inqilablar deyil, türkün baharını artıq cənab İlham Əliyev Qarabağın, Şərqi Zəngəzurun azad edilməsi ilə başladıb, türk baharı elə Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizidir, türkün baharı Qərbi Azərbaycana qayıdışdır”.

 

Firuzə Əliyeva


 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...