Bakıda 400 minlik maşın əks istiqamətdə sürülərək təhlükə yaratdı - VİDEO

Bakıda 400 minlik maşın əks istiqamətdə sürülərək təhlükə yaratdı - VİDEO

400 min manat dəyərində olan, 10 NR 100 dövlət qeydiyyat nişanlı Land Rover markalı avtomobilin sürücüsü, Bakı şəhərinin məşhur Babək prospektində əks istiqamətə hərəkət edərək yol hərəkətinin təhlükəsizliyini ciddi şəkildə pozub.

 

Sfera.az bildirir ki, hadisə yollarda sıx hərəkətin qeydə alındığı zaman baş verib. Görüntülərdən bəlli olur ki, sürücü normalda yalnız bir istiqamətdə hərəkətə icazə verilən yolda ciddi təhlükə yaradaraq əks istiqamətə sürətini artırıb.

 

Qeyd edək ki, bu cür hərəkətlər digər sürücülər və piyadalar üçün ciddi risklər yaradır. Avtomobil sahiblərinin və sürücülərinin, digər vətəndaşların təhlükəsizliyini nəzərə alaraq daha məsuliyyətli davranmaları vacibdir.

 

Onu da xatırladaq ki, sözügedən avtomobil bundan əvvəl də yol hərəkət qaydalarını pozmaqla "məşhurlaşıb". Belə ki, bir neçə il öncə 10 NR 100 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkətin intensiv olduğu yolda əks istiqamətə çıxaraq  qadağan olunmuş fifa siqnalından istifadə edib. Bu barədə görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub, qınaqla qarşılanıb. 

 

İnci

 

 

 


OXŞAR XƏBƏRLƏR

Bakıda bu yol axşam saatlarından BAĞLANIR

Bu gün axşam saatlarından etibarən Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) hərə...

"Dövlətlərarası münasibətlərdə ali siyasi iradə və qarşılıqlı etimad həlledici amildir" - Ülvi Quliyev

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin bugünü və gələcəyi baxımından mühüm əhəmiyyət kəsb ed...

Prezidentdən Naxçıvanla bağlı sərəncam

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməs...

6 manatdan 11 manata qaldırıldı - Yeni QƏRAR

"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Qərara dəyişiklik edib.   Sfera....

Macarıstanda bu analar vergidən azad olundu

Macarıstan parlamenti ölkədə doğum səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədilə iki və üç uşağı olan qadınların gəlir vergisindən azad olunmasını nəz...

Prezident Sərəncam imzaladı

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib.   Sfera.az AZƏRTAC-a istinadən xəbər...