Fransa “Apple” şirkətini 150 milyon avro cərimələdi

Fransa “Apple” şirkətini 150 milyon avro cərimələdi

Fransanın antiinhisar tənzimləyicisi iOS və iPadOS əməliyyat sistemlərində mobil tətbiqlərin yayılmasında dominant mövqeyindən sui-istifadə etdiyinə görə “Apple” şirkətini 150 milyon avro cərimələyib.

 

Sfera.az “İnterfaks”a istinadən xəbər verir ki, pozuntular 2021-ci ilin aprelindən 2023-cü ilin iyuluna qədər olan dövrü əhatə edir.

 

Cərimələrə səbəb istifadəçi fəaliyyətinin izlənilməsini tənzimləyən “App Tracking Transparency” (ATT) mexanizmi olub. Tənzimləyicinin fikrincə, “Apple” ondan üçüncü tərəf proqramlarının işləməsini çətinləşdirən və tərtibatçılara və reklamçılara zərər verən şəkildə istifadə edib.

 

“Apple”dan bildiriblər ki, belə qərar qəbul olunduğuna görə məyusdurlar, lakin tənzimləyici ATT-də dəyişiklik edilməsini tələb etməyib. Şirkət mexanizmin istifadəçilərə şəxsi məlumatlara nəzarət etməkdə kömək etdiyindən əmindir və cəmiyyətdən dəstək alıb.


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: S-400 məsələsi artıq bağlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarəl...

Sertifikasiya imtahanında 7 müəllimin nəticəsi ləğv ediləcək

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.   Bu barədə Sfera.az Məktəbəqədər və ...

Ezgi iki illik ərindən boşandı - FOTO

Aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan ayrılıb. OLAY yazır ki, bu barədə Ezgi özü məlumat yayıb.  O bildirib ki, 2 illik evliliklərini son...

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...

Nazim həmin həkimdən 50 min təzminat alıb

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzmin...