Biznesim batdı, dirçəldə bilmədim - Elməddin


Biznesim batdı, dirçəldə bilmədim - Elməddin

2010-cu ildə qərar verdim ki, toya getməyəcəyəm, filan işləri görməyəcəyəm. Öz ruhuma, varlığıma xoş olmayan, amma maddi cəhəddən yaxşı olan işlərdən imtina etdim.

 

Sfera.az Bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Efirdən kənar" verilişində deyib.

 

Aktyor həyatında dönüş nöqtəsi yaradan qərarlarından danışıb:

 

"Düşündüm ki, qoy, kirayədə qalıb ödəyə bilməyim, amma sevmədiyim şeyləri etməyəcəyəm. 2 il elə də oldu. Ondan sonra çox əziyyətlər çəkdim, amma işimə çox fokuslandım. Feysbuk, Odnoklassnik, Vatsapı sildim, sosialdan, toylardan, kütlə olan yerlərdən tam imtina etdim. 3 il dayanmadan işlədim. Nəticəsini də gördüm. Azərbaycandakı ən uzun ömürlü və dövlətin dəstəyi ilə 5 serial çəkildi. 5-də yalnız öz hesabıma ekranlaşdırıldı. Başda çox iradlar oldu.

 

Dedilər ki, "Yaprak dökümü", "Aşk-ı memnu"nu qoyub bunları izləyəcəyik?" Hətta bunu aktyorlar da deyirdi. Amma ölkədə sistem inkişaf etdi. İndi də o aktyorlar, işçi heyəti evinə pul aparır".

 

Elməddin pandemiya dövründə bizneslərinin çökdüyünü açıqlayıb:

 

"Pul qazanmaq mərhələsi 2020-ci ilə qədər oldu. Çok film təklifləri olurdu, verilişlər edirdik.

 

Pandemiyada isə televiziya, kino dayandı. Biznesim də batdı. Depressiyaya düşmədim, amma stress oldu. Çünki maddiyyətin köləsi olmamışam. Heç vaxt pula işləmirdim, gələn qazancı saymırdım. Sonra yenidən hər şeyi bərpa edə bilmədim. Lakin yeni işlərim var".


OXŞAR XƏBƏRLƏR

İrandan etiraf: “Nüvə obyektlərinə ciddi ziyan dəyib"

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi ABŞ və İsrailin hücumları nəticəsində ölkənin nüvə obyektlərinə ciddi ziyan dəydiyini bildirib. Sfera...

Bakıda qəbirstanlıq yanır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda qəbirstanlıq ərazisində yanğın olması barədə ilkin məlumat...

NATO sammiti gələn il Türkiyədə keçiriləcək

NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Haaqada keçirilən sammitin yekun bəyanatında deyilir. 2027-ci ...

Universitetlərlə bağlı YENİLİK – 4 illik təhsil tarixə QOVUŞUR...

Azərbaycanda ali təhsil müddətinin azaldılması, son dövrlərdə təhsil sahəsindəki əsas müzakirə mövzularından birinə çevrilib. Təhsil müddətinin qısaldılması, cə...

Asteroid Ayla toqquşacaq

2024-cü ilin sonunda kəşf edilən, 60 metr enindəki “2024 YR4” adlı asteroidin 2032-ci il dekabrın 22-də Yerə çırpılma ehtimalı əvvəlcə 3,1 faiz olar...

Müasir enerji layihələri milli təhlükəsizliyimizin gücləndirilməsinə xidmət edir

Enerji təhlükəsizliyinin təmin olunması bu gün bütün ölkələr tərəfindən prioritet vəzifələrdən biri kimi qiymətləndirilir. Qlobal təhlükəsizliyi təhdid edən yen...