İslamofobiya rəmzi: Hegsethin qolundakı “kafir” döyməsi


İslamofobiya rəmzi: Hegsethin qolundakı “kafir” döyməsi

ABŞ-nin Müdafiə naziri Pit Hegseth, dünən sosial mediada paylaşdığı görüntülərdə ABŞ əsgərləri ilə birlikdə idman edərkən çəkilmiş fotolarını yayımlayıb.
 

Sfera.az “Hürriyet”ə istinadən xəbər verir ki, fotolarda Hegsethin qoluna yeni döymə etdirdiyi aydın görünür. Onun sağ pazusunun alt hissəsində ərəb dilində “kafir” yazılmış döymə olduğu diqqət çəkib.
 

Vəzifəyə başlamazdan əvvəl də bədənindəki döymələrlə diqqət çəkən Hegsethin əvvəlki fotolarında bu yazının olmadığı üçün onun bu döyməni nazirliyi dövründə etdirdiyi ehtimal edilir.
 

Mütəxəssislər bildirir ki, “kafir” yazılı döymələr xüsusilə Qərbdə İslam əleyhdarı ifrat sağçı qruplar tərəfindən istifadə edilir.
 

Hegsethin bədənində Xaçlılara aid “Qüds Xaçı”, Haçlı yürüşlərinin şüarlarından olan və “Tanrı belə buyurdu” mənasını verən latınca “Deus Vult” ifadəsi, İraqda xidmət edərkən istifadə etdiyi AR-15 tüfəyi və ABŞ bayrağı kimi xristian milliyyətçiliyinə aid simvolların döymələri də mövcuddur.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

XƏBƏRDARLIQ! Bəzi ərazilərdə su olmayacaq

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib. Sfera.az xəbər verir ki, qəza şəhərin Qaraçuq, Qaraxanbəyli, Bulqan kəndləri və Azərbaycan mə...

Dairəvi yolda ağır QƏZA – ANBAAN VİDEO

Bakının Yasamal rayonu, Bakı Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...

Bakı metrosundan istifadə edənlərin DİQQƏTİNƏ

Tədris ilinin yekunlaşması, yay mövsümünün başlanması və nəticədə sərnişin axınının azalması ilə əlaqədar "Bakı Metropoliteni" QSC tərəfindən qatarlar...

İranda münaqişə dövründə 700 nəfər saxlanılıb

İranın hüquq-mühafizə orqanlarının əməkdaşları iyunun 13-dən bu günə qədər İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 700 nəfəri sa...

İyulun 1-dən bu şəxslərin müavinət və təqaüdləri artacaq - MƏBLƏĞLƏR

Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, 2025-ci il iyulun 1-dən etibarən sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə ver...

İsrail İranla müharibənin itkilərini açıqladı

İranın hücumları nəticəsində İsraildə 28 nəfər ölüb, 1 472 nəfər yaralanıb.   Sfera.az-ın xəbərinə görə, bu barədə İsrailin Baş naziri Ofisinin müşav...