Alimlər açıqladı: Alzheimeri bu test vasitəsilə aşkarlamaq olacaq..


Alimlər açıqladı: Alzheimeri bu test vasitəsilə aşkarlamaq olacaq..

Elm adamları Hindqozu ekstraktının qoxulanmasının Alzheimer xəstəliyinin erkən diaqnozu üçün potensial üsul ola biləcəyini irəli sürürlər.
 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-də aparılan araşdırmaya əsasən, ev şəraitində asanlıqla tətbiq edilə bilən “qoxu testi” Alzheimer riski daşıyan insanları illər əvvəl müəyyən etməyə kömək edə bilər. Test zamanı iştirakçılardan müəyyən qoxuları tanımaları və xatırlamaları tələb olunur. Mütəxəssislər, yaddaş pozulmasına səbəb olan bu xəstəlik ilə anosmiya (qoxu hissinin itməsi) arasında uzun müddətdir əlaqə olduğunu bildirirlər.
 

Alimlər qoxu testini təxminən 200 pasiyent üzərində sınaqdan keçiriblər. Nəticələrə görə, bilişsel pozuntusu olan şəxslər sağlam insanlarla müqayisədə daha zəif nəticə göstəriblər. Neyroloq Dr. Mark Albers bildirir ki, “Bilişsel pozuntunun erkən aşkarlanması Alzheimer riski daşıyan şəxsləri müəyyən etməyə və xəstəlik başlamadan əvvəl müdaxilə etməyə imkan yaradır.”
 

Test zamanı iştirakçılar Hindqozu ekstraktının qoxusunu müəyyən etməyə çalışırlar. Həmçinin, onlardan “hindqozu” və “təzə çörək” kimi fərqli qoxular arasındakı fərqi hiss etmələri istənilir. Mütəxəssislər bu testin Alzheimer-i birbaşa diaqnoz etmək üçün deyil, daha bahalı testlərə ehtiyacı ola biləcək insanları müəyyənləşdirmək üçün istifadə edildiyini bildirirlər.
 

Scientific Reports jurnalında yayımlanan bu araşdırma, qoxu itkisini Alzheimer xəstəliyi ilə əlaqələndirən son tədqiqatlardan biridir. 2022-ci ildə aparılan başqa bir araşdırma göstərib ki, qoxu duyğusunu tez itirən insanların Alzheimer xəstəliyinə tutulma riski 89% daha yüksəkdir.
 

Lakin mütəxəssislər vurğulayırlar ki, qoxu itkisi yalnız Alzheimer-in göstəricisi deyil və müxtəlif səbəblərdən yarana bilər. Soyuqdəymə, qrip, sinus infeksiyaları, allergiyalar və burun polipləri də qoxu itkisinin əsas səbəbləri arasındadır.
 

Böyük Britaniyada Alzheimer xəstəliyi demensiyanın ən geniş yayılmış səbəbi hesab olunur. Alzheimer Cəmiyyətinin məlumatına görə, bu xəstəliyin ölkəyə illik maliyyəti 42 milyard funt sterlinq təşkil edir və bu rəqəmin növbəti 15 il ərzində 90 milyard funt sterlinqə yüksələcəyi proqnozlaşdırılır.
 

Alzheimer’s Research UK təşkilatının araşdırmalarına görə, 2022-ci ildə demensiya səbəbilə ölənlərin sayı 74,261 nəfərə çatıb. Bu rəqəmlər xəstəliyin nə qədər geniş yayıldığını və erkən diaqnozun vacibliyini bir daha göstərir.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...