Evi qanunsuz olaraq dağıdılan sakin DANIŞDI - ŞOK TƏFƏRRÜAT


Evi qanunsuz olaraq dağıdılan sakin DANIŞDI - ŞOK TƏFƏRRÜAT

"Hazırda öz evimizdəyik, gedəsi yerimiz yoxdur. Buna görə də çıxmamışıq".
 

Bunu Musavat.com-a açıqlamasında Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva deyib.

 

O bildirib ki, evinin birinci və ikinci mərtəbəsinin aynabəndləri uçurulub: "Ətrafdakı bütün evlər sökülüb. Əvvəlcədən bizə heç bir xəbərdarlıq edilməyib və danışıqlara gedilməyib. Adətən vətəndaş şirkəti məhkəməyə verir. Bizdə isə əksinədir, onlar bizi məhkəməyə şikayət etmişdi. Qərarda isə göstərilirdi ki, 10 gün müddətində evi boşaldaq, evin çıxarışı ləğv edilir. Məktubun üstündə ev sahibi oğlum, içində isə Məlahət Hacıyeva adlı tanımadığımız şəxs göstərilmişdi. Məktubda bizə 175 min manat kompensasiya təklif edilirdi. Həmin təklifi rədd etdiyimiz üçün bizə xəbərdarlıq məktubu göndərmişdilər. Deyirdilər ki, 10 gün müddətində çıxmalıyıq, əks halda mülkiyyət hüququmuz ləğv ediləcək.

 

Oğlum həmin gün məktubu təkzib edərək geri göndərdi.

 

Şirkətin 3 nəfər nümayəndəsi bizim yanımıza gəldi. Onlardan biri Tural Vəliyev idi.O, özünü alqı- satqı rəhbəri kimi təqdim etdi. Digər ikisi isə mühəndis idi. Onlar evin ərazisini ölçdülər. Mənzilin kvadratının böyük olduğunu görəndə " Biz bu cür böyük gözləmirdik"- deyib getdilər. Bizim şirkət nümayəndələri ilə danışıqlarımız bundan ibarət oldu. Xəbərdarlıq məktubu onlar bizdən gedəndən 2 gün sonra gəldi və bildirildi ki, martın 13 - ü Yasamal rayonunda keçiriləcək məhkəməyə getməliyik".
 

E. Hacıyeva deyir ki, çırşənbə günündən bu yana hər gün vətəndaşın evinə hücum olurmuş:" Bizim birinci mərtəbə ilə əlaqəmiz tamami ilə kəsilmişdi.Zirzəmidən istifadə edə bilmirdik. Evin yanyörəsini uçurmuşdular. Biz polisə müraciət etdik. Bundan sonra şirkətin işçiləri aqressivləşib daha pis şəkildə hücuma keçdilər. Bu gün evimizin aynabəndlərini uçuranda mən, bacım və oğlum yaralandıq. Oğlumun ayağının altını şüşə doğrayıb. Bütün bu hadisələr "Melissa Park" şirkətinin işçilərinin gözü qarşısında baş verirdi, onlar bizə baxıb gülürdülər".

 

E. Hacıyeva deyir ki, hücumlar planlı şəkildə edilib: "Dünən axşam saat 7 - nin yarısında saqqalı və maskalı şəxs traktoru evin sol tərəfində saxladı. Mən başa düşdüm ki, onların planı var. Gecə 4- ə kimi yatmadıq, nəvəmi evdən çıxardıq. Saat 4- də işığı kəsdilər, eyni zamanda kanalizasiya sistemini dağıtdılar. Martın 24- də isə su xəttimizi kəsmişdilər".

 


OXŞAR XƏBƏRLƏR

Mbappe xəstəlikdən arıqladı

Fransa millisinin və “Real Madrid”in hücumçusu Kilian Mbappe kəskin qastroenterit xəstəliyinə görə arıqlayıb.   Sfera.az xəbər verir ki, ...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. &n...

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Əraqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   Sfera.az xəbər verir ki, bunu İranın xarici işlər ...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...