ABŞ-nin gizli müharibə planları ifşa olundu


ABŞ-nin gizli müharibə planları ifşa olundu

ABŞ-da gizli müharibə planlarının sızdırılması ilə bağlı yeni məlumatlar üzə çıxıb. Yayımlanan sənədlər, ABŞ rəsmilərinin Signal mesajlaşma tətbiqində məxfi məlumatları paylaşdığını göstərir.

Sfera.az “En Son Haber”ə istinadən xəbər verir ki, məlumata görə, ABŞ-nin Yəməndəki hücumlarına dair gizli planların müzakirə edildiyi Signal qrupuna səhvən bir jurnalist əlavə edilib. Nəticədə, danışıqlar yayılaraq böyük qalmaqala səbəb olub.
 

ABŞ rəsmiləri Senatın kəşfiyyat iclasında sözügedən Signal qrupunda “gizli məlumatların paylaşılmadığını” iddia etsə də, xəbəri ilk dəfə yayan The Atlantic nəşri bu dəfə həmin danışıqların tam məzmununu yayıb.
 

The Atlantic-in araşdırmasına görə, ABŞ Müdafiə Naziri Pete Hegseth, “Komanda yeniləməsi” başlıqlı mesajında hücumların saatlarını və əməliyyatla bağlı digər detalları paylaşıb. Mesajlarda coğrafi koordinatlar, militantların mövqeləri və istifadə edilən silahlar açıq şəkildə yer alıb.
 

ABŞ Müdafiə Nazirliyi hücumlarla bağlı rəsmi açıqlama verməkdən çəkinib və əməliyyatın detalları ilə bağlı heç bir məlumat paylaşmayıb. Bununla belə, Hegseth bu hücumların uğurlu olduğunu vurğulayıb.
 

Demokrat senatorlar məsələni Senat iclasında gündəmə gətirərək, Donald Trump administrasiyasının yüksək vəzifəli təhlükəsizlik rəsmilərinin Yəməndə Husilərə qarşı hərbi planları yanlışlıqla jurnalistin daxil edildiyi mesaj qrupunda paylaşmasını kəskin tənqid ediblər.
 

Ağ Evin sözçüsü Karoline Leavitt yayılan məlumatları təkzib edərək, mesaj qrupunda müharibə planlarının müzakirə edilmədiyini bildirib.
 

ABŞ Prezidenti Donald Trump əvvəlcə məsələdən xəbərsiz olduğunu desə də, sonrakı açıqlamalarında gizli məlumatların paylaşılmadığını iddia edib. O, Milli Təhlükəsizlik Məsləhətçisi Michael Waltz-a dəstək nümayiş etdirərək, “Michael Waltz bir dərs aldı, o yaxşı insandır” sözlərini işlədib.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...