Mirvari Qəhrəmanlı prokurorluğa çağırıldı

Mirvari Qəhrəmanlı prokurorluğa çağırıldı

Daha bir QHT rəhbəri Baş Prokurorluğun İstintaq İdarəsində aparılan “QHT işi” çərçivəsində istintaqa cəlb edilib.

 

Sfera.az xəbər verir ki, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı dindirilmək üçün prokurorluğa dəvət olunub.

 

Mirvari Qəhrəmanlı APA-ya açıqlamasında bu haqda məlumat vermək istəmədiyini bildirib.

 

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

 

Cinayət işi Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri - hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarını araşdırır.

 

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

İştirak Evi MMC-nin təsisçisi və direktoru Məmməd Alpay ( Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui - istifadə etmə) və 313 - cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilib.


OXŞAR XƏBƏRLƏR

"Qarabağ"ın matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Şelburn" (İrlandiya) oyunu üçün indiyədək 11 min bilet sa...

Yaponiyada qadınların orduya yolu tam açıldı

Yaponiya Müdafiə Nazirliyi qadınların ölkənin silahlı qüvvələrinə qəbulu ilə bağlı son məhdudiyyətləri aradan qaldırıb.   Sfera.az xəbər verir ki, av...

"Crocus City Hall" terrorçuları ilə bağlı daha bir fakt üzə çıxdı

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror aktını törədən şəxslərin Rusiyadan qaçmaq üçün təşkilatçılardan pul aldıqla...

Rusiyanın 12 regionuna kütləvi PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 99 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq

Açıq su hövzəsində çimmək uşaqlarda müxtəlif infeksiyalara yoluxma və hipotermiya ilə nəticələnə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya D...

Avqustda bu bürcləri şad xəbərlər gözləyir

2025-ci ilin avqust ayı bəzi bürclər üçün xoş sürprizlər, yeni başlanğıclar və sevindirici xəbərlərlə dolu olacaq. Ulduzlar sevgi, karyera və maliyyə sahələrind...