İranda 15 mindən çox məhbus əfv edilib

İranda 15 mindən çox məhbus əfv edilib

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei 15 mindən çox iranlı məhbusun əfv edilməsinə, cəzasının yüngülləşdirilməsinə və cəzasının çəkilməyən hissəsinin azaldılmasına razılıq verib.

 

Sfera.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı məlumatı İranın “Mehr” agentliyi yayıb.

 

Agentliyin məlumatına əsasən, bu barədə martın 26-da İranın məhkəmə sisteminin başçısı Qulamrza Möhsüni-Ejei bildirib.

 

Məlumata görə, Xamənei Ejeinin Ramazan bayramı ilə bağlı müraciətinə razılıq verib.


OXŞAR XƏBƏRLƏR