Rusiya bankları yenidən SWIFT-ə qoşulacaq

Rusiya bankları yenidən SWIFT-ə qoşulacaq

Rusiya bankları SWIFT-ə qayıdacaq. Bu barədə razılaşma Moskva və Vaşinqton nümayəndələrinin Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) görüşü zamanı əldə edilib.

 

Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Kremlin bəyanatında deyilir.

 

Bildirilib ki, əvvəlcə "Rosselxozbank", sonra isə kənd təsərrüfatı ixracında iştirak edən digər banklar üzərindən sanksiyalar götürüləcək. Rusiya yalnız bundan sonra Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etməyə razılaşıb.

 

Danışıqların nəticəsinə görə, Vaşinqton Moskvaya dünya kənd təsərrüfatı məhsulları və gübrə bazarına çıxışı bərpa etməyə, həmçinin limanlara çıxışı yaxşılaşdırmağa və dəniz sığortası xərclərini azaltmağa kömək edəcəyini bildirib.

 

"Mosbirja"da bu xəbərlərdən sonra gübrə istehsalı, kənd təsərrüfatı məhsulları və dəniz gəmiçiliyi sahəsində xidmətlər göstərən şirkətlərin səhmləri kəskin şəkildə artıb. Dünya gübrə istehsalçılarının səhmləri isə bu xəbərlərin fonunda ucuzlaşıb.

 

Bəyanatın dərc edilməsindən sonra Nyu-York Fond Birjasında Şimali Amerikanın "Mosaic" və "CF Industries" şirkətlərinin səhmlərinin dəyərləri müvafiq olaraq 3.6% və 3.7%, Kanadanın "Nutrien" şirkətinin səhmləri isə 4%-dən çox ucuzlaşıb. Almaniyanın kalium gübrəsi istehsalçısı "K+S" şirkətinin səhmləri də təxminən 5% ucuzlaşıb.


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...