Blatter və Platiniyə bəraət verildi

Blatter və Platiniyə bəraət verildi

FIFA-nın sabiq prezidenti Yozef Blatter və UEFA-nın keçmiş prezidenti Mişel Platini İsveçrə məhkəməsi tərəfindən dələduzluq işi üzrə bəraət alıblar.

 

Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Rob Harris "X" sosial şəbəkə hesabında məlumat verib.

 

Xatırladaq ki, Y.Blatter və M.Platini 2021-ci ilin noyabrında dələduzluq, vəsaitlərin qanunsuz mənimsənilməsi, cinayətkar qeyri-səmərəli idarəetmə və sənədlərin saxtalaşdırılması maddələri ilə ittiham olunublar.

 

Araşdırmaya FIFA büdcəsindən UEFA-ya 2.3 milyon dollar ödənilməsi səbəb olub. Eyni zamanda, prokurorluq Y.Blatter və M.Platininin 1 il 8 ay şərti cəzaya məhkum edilməsini istəyib.


OXŞAR XƏBƏRLƏR