İsrail Qəzzada hərbi əməliyyatları davam etdirəcək - Müdafiə naziri

İsrail Qəzzada hərbi əməliyyatları davam etdirəcək - Müdafiə naziri

İsrailin müdafiə naziri İsrael Katz Qəzza zolağında hərbi əməliyyatların davam etdirilməsi üzrə yeni planları təsdiqləyib.

 

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

 

Onun sözlərinə görə, İsrail ordusunun Cənub Komandanlığının rəhbəri general-mayor Yaniv Asor və digər hərbi rəhbərlərlə keçirilən görüşdən sonra əməliyyat planları qəbul edilib.

 

Katz vurğulayıb ki, əsas məqsəd HƏMAS tərəfindən girov saxlanılan israilliləri azad etməkdir:

 

"Əgər HƏMAS girovları qaytarmaqdan imtina etsə, bunun daha ağır əvəzini ödəyəcək - torpaqlarını itirəcək, döyüşçüləri və infrastrukturu tamamilə məhv ediləcək".

 

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edərək anklava kütləvi hava zərbələri endirib. Baş nazir Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın danışıqlar zamanı irəli sürülən təkliflərdən imtina etməsi ilə əlaqələndirib. HƏMAS isə hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ni ittiham edib.


OXŞAR XƏBƏRLƏR

Bloqqer cərrahdan bərbad karyera üçün milyonlarla pul tələb edir - FOTO

Böyük Britaniyadan olan gözəllik bloqqeri Danielle Mansutti cərrahı məhkəməyə verərək ondan 1,7 milyon funt-sterlinq təzminat tələb edir.   Sfera.az bi...

Qadın lotereyada 2,5 milyon dollar qazandı: Kasıba verdiyi gödəkçənin cibində getdi

ABŞ-ın Pensilvaniya ştatında yaşayan 76 yaşlı Mildred Simoneriluto lotereyada 2,5 milyon dollar qazanıb. Lakin lotoreya bileti təsadüfən onun xeyriyyə təşkilatı...

Ustalar tikinti zamanı divarın altında qızıllarla dolu xəzinə tapdılar - FOTO

Fransada “Dordon” departamentinin bərpa işləri zamanı qızıl və almazdan ibarət xəzinə tapılıb. Zərgərlik əşyaları qədim daş divarın altında gizlədil...

Qeyri-adi doğuş: 4 aylıq fərqlə doğulan əkizlər - FOTOLAR

Körpələrdən biri ABŞ-da surroqat ana ilə, digəri isə gözlənilməz və təbii hamiləlikdən sonra dünyaya gəlib.   Bu qeyri-adi hekayə itki ilə başlayıb. 20...

Qadın 10 ildir özünə heç nə almır: Puldan tamamilə imtina edib

Joe Nemethin (Co Nemet) stabil maaşı, ipoteka krediti və maşını yoxdur. O, on ildir ki, yeni heç nə almır və nadir hallarda alış-verişə gedir. Bununla belə, o, ...

İran hava məkanını bağlayır - Ordu döyüş vəziyyətinə gətirilir

İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib.   Sfera.az xəbər verir ki, bu ba...