Nazim İsmayılov 20-30 manata da tamah salır- Sabirabaddan ŞİKAYƏT
11:48 / 28.01.2017
2156
Bir qrup Sabirabad ziyalısı adından AFN-in redaksiyasına müraciət daxil olub. Müraciətdə bildirilir ki, bu gün Sabirabadda hamını düşündürən bir problemli məsələ var: "Bu məsələni də başçı Nazim İsmayılov yaradıb. Heç kimin uzun illər Göyçayda, Şamaxıda başçılıq edən bu şəxsin bu böyüklükdə cinayətə gedəcəyinə və üstəlik, bilərəkdən ictimai-siyasi vəziyyəti gərginləşdirəcəyinə inanmağı gəlmirdi. Ancaq fakt faktdır, hər şey ortadadır. Əhali Nazim İsmayılovun bu təmənnalı hərəkətini dövlətə sarsıdıcı zərbə hesab edir”.
Hansı hərəkətdən söhbət getdiyinə gəlincə isə məktub müəllifləri qeyd edirlər ki, ötən ilin yanvarında icra başçısı yeni yaranan 12 saylı Regional Ərazi Maliyyə Hesablama Mərkəzinə Elxan Əsədovu rəhbər qoyub: "Özü də özünün birinci müavini, rayonda "kolxoznik” kimi tanınan Həsən Həsənovun və Mədəniyyət və Turizm şöbəsinin müdiri Əhməd Ramazanovun əli ilə. Birinci onu deyək ki, E.Əsədov bu işə gələnə qədər mədəniyyət şöbəsində Əhməd Ramazanovun baş mühasibi olub. Əslində Elxan Əsədov kimdir? 1952-ci ildə anadan olub. 1970-1972-ci ildə Bakı maliyyə kredit texnikumunda oxuyub, əvvəl mərkəzi xəstəxanada mühasib işləyib, oradan qovulduqdan sonra isə az bir müddət tikinti sahəsində çalışıb. 1984-cü ildən isə Mədəniyyət şöbəsində mühasib işinə gəlib.
Başçı İsmayılovun sayəsində o, ötən ilin yanvarında yeni mərkəzə müdir gələnədək həmin vəzifədə çalışıb. Amma 20 ildən çox bir müddət ərzində bu dövlət vəzifəsində baş girələməsinə baxmayaraq, o, YAP-çı olmaqdan imtina edib. Bunun da səbəbi Sabirabadda hamının bildiyi kimi Elxan Əsədovun müxalifətin dəyirmanına su tökənlərdən olmasıdır. O, İqtidarın arxasınca asıb-kəsənlərdən bəlkə də birincisidir. Bəs neçə oldu ki, YAP siyasi şurasının üzvü Nazim İsmayılovun "saqqızını” oğurladılar? O, Elxanın yaşının 65-ə az qalmasını və YAP-çı olmamasını qulaqardına vurdu. Üstəlik, ali təhsil diplomunun olmamasına da fikir vermədi. Başqa vaxt "ancaq dövlət ali məktəblərini bitirənləri işə qəbul edirik”, – deyən Nazim İsmayılov bu dəfə Elxanın "ali təhsil diplomu”na heç baxmadı da. Ancaq o da yaxşı bilirdi ki, Elxanın qiyabi "oxuduğu” Cənubi Rusiya Humanitar İnistitutunun Bakı filialı olmayıb və bu gün də yoxdur. Ümumiyyətlə, bu adda məktəb Azərbaycanda nə dövlət qeydiyyatına alınıb nə də binası olmayıb (Redaksiyadan: 2006-cı ildə Təhsil Nazirliyi ölkədə qanunsuz fəaliyyət göstərən 17 ali təhsil müəssisəsinin siyahısını açıqlayıb. Siyahıda adıçəkilən müəssisə də yer alır. Nazirliyin məlumatında bildirilir ki, bütün bu təhsil müəssisələri Azərbaycan ərazisində fəaliyyət göstərmək üçün lisenziyaya malik deyil.).
Bütün bunlara baxmayaraq, Nazim İsmayılov 65 yaşlı birisini təqaüdə göndərmək əvəzinə, ali təhsil diplomunun saxta olduğunu bilə-bilə böyük vəzifəyə gətirdi. Bax, belə yerdə qırmızı xoruzun quyruğu görünür. Deməli, arada külli miqdarda, Elxanın qohum-dost yanında dediyi kimi, 80 min manatlıq rüşvət dayanır”.
Şikayətçilər başçının tamahkir olmasından da gileylənirlər: "O, hətta 20-30 manata da tamah salandır. Göyçayda, Şamaxıda, Bakıda topdağıtmaz əmlakları, balta kəsməz dollarları olması onun yenə gözünü doyurmur. O, Elxanın uzun illər kitabxanaçılardan çırpışdırdığı karrıca haram pulundan əl çəkə biməzdi. Bu dəfə Sabirabadın ən böyük Nizami Gəncəvi adına orta məktəbinə həmin məktədə vur-tut 5 ay işləmiş Elxanın qızı Könülü direktor təyin etdi. Qızın tanış-biliş yanında həmişə eşitdirdiyi kimi, 30 min manata. İndi həmin məktəbdə necə deyərlər papaq götür qaçdı. Təhsil şöbəsinin 50 metrliyində yerləşən bu məktəbdə təhsil arxa plana keçib. Valideynlər uşaqlarını digər şəhər məktəblərinə keçirirlər.
Üstəlik onun həyat yoldaşı Azər Ağayevə də iş "alıblar”. Onu S.Vurğun adına şəhər məktəbinə təsərrüfat işləri üzrə direktor müavini təyin etdiriblər”.
Redaksiyadan: Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini verməyə hazırıq.