Ərzaq məhsullarını xaricdən neçəyə alırıq?


Ərzaq məhsullarını xaricdən neçəyə alırıq?

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrdən 414 milyon 765 min dollarlıq yeyinti məhsulları idxal edib.

 

Sfera.az  Valyuta.az-a istinadla xəbər verir ki, dəyəri 65,9 milyon dollar olan 88 min ton meyvə-tərəvəz, 40,5 milyon dollar dəyərində isə 187,6 min ton buğda idxal olunub.

 

Belə ki, idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının gömrük dəyəri 1,27 manat, buğdanın 1 kiloqramının gömrük dəyəri isə 38 qəpik hesablanıb.

 

Bundan başqa Azərbaycana başqa məhsullar da idxal olunub. 1 kiloqramlıq dəyər ifadəsi ilə 3,6 manat olan ət, 10,4 manat olan çay,11,7 manat olan kərə yağı, 2,6 manat olan bitki yağları və.s kimi məhsullar idxal olunub.


OXŞAR XƏBƏRLƏR