Özbəkistan istehsalı olan super-komediyanın Qala gecəsi keçiriləcək

Özbəkistan istehsalı olan super-komediyanın Qala gecəsi keçiriləcək

Özbəkistan istehsalı olan “Çimildik” super-komediyasının Azərbaycan kinoteatrlarında nümayişinə start verilir.

 

Sfera.az xəbər verir ki, komediyanın Qala Gecəsi 10 aprel tarixində “Park Bulvar”da yerləşən “Park Cinema”da baş tutacaq. Filmdə rol alan ulduz sənət adamlarının iştirakı ilə keçiriləcək Qala Gecəsində ilk öncə Özbəkistanın sevilən müğənnisi Dadaxon Obidovun konserti baş tutacaq.

 

Qala gecəsinə gələn tamaşaçılar ulduz aktyorlarla ünsiyyət imkanı əldə edəcəklər. Daha sonra isə möhtəşəm komediyanın nümayişi baş tutacaq.

 

Qeyd edək ki, komediyada sevib evlənən Tohir və Zuxranın həyatından bəhs edilir. Bu gənc cütlük bir-birini çox sevsə də, kiçik ailə fikir ayrılıqları üzündən boşanmaq qərarına gəlirlər. Boşanma ilə bağlı məhkəmə qərarını aldıqdan sonra onlar özlərini rahat hiss edirlər və dərhal yeni, azad həyat üçün müxtəlif istiqamətlərə yola düşürlər. Lakin tale onlara gözlənilməz sürprizlər yaşadır. Onlar gecələr harda yuxuya getməsindən asılı olmayaraq, hər səhər incəsənət muzeyində quraşdırılmış çimildik – ilk toy gecəsini simvolizə edən ənənəvi toy çadırının içərisində oyanırlar.

 

Qala gecəsinin proqramı aşağıdakı kimidir:

 

Tarix: 10 aprel 2025-ci il
Məkan: Park Bulvar 4-cü mərtəbə
Saat: 19:00 – Tədbirin başlanğıcı
Konsert & Ulduzlarla görüş
Saat: 21:00 – Filmin nümayişi

 

Konsert və Qala Gecəsinə biletlər:

 

//iticket.az/en/events/cinema/gala-night-cimildik/148063

 

Tələsin, yerlər məhduddur.

 


OXŞAR XƏBƏRLƏR

Bu şəxslər cərimə ediləcək

Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair cərimələr müəyyənləşdi...

Nikahın qeydə alına bilməməsi ilə bağlı bu qayda ləğv edilir

Məhkəmənin baxdığı hüquqi əhəmiyyətli faktların siyahısından “ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə ...

QHT-lərə bank əməliyyatları aparmaq qismən qadağan edildi

Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi qaydalarında dəyişiklik edilir.   Sfera.az xəbər verir ki, bu, Mill...

Leyla və Arzu Əliyevalar Xızıda bu ailənin qonağı oldular- FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna ...

İlham Əliyev:"Azərbaycan qazına dünyada böyük tələbat var"

"Hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var".   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezide...

Dövlət bu hallarda bələdiyyələrə torpaq ayıracaq

  Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri artırılır.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün ke...