57 yaşlı qadın aeroportda itini öldürməkdə ittiham olundu

57 yaşlı qadın aeroportda itini öldürməkdə ittiham olundu

ABŞ-də 57 yaşlı Alison Laurens ağır ittihamla qarşılaşıb. 

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, polis onun miniatür “schnauzer” cinsindən olan “Tywinn” adlı itinin qəsdən və qəddar şəkildə öldürülməsini araşdırır.

 

Hadisə 16 dekabr 2024-cü ildə Orlando Beynəlxalq Hava Limanında baş verib. Laurens sənəd problemlərinə görə ev heyvanını Kolumbiyaya apara bilməyib. Təhlükəsizlik kameralarına əsasən, o, bir müddət hava yolu əməkdaşı ilə danışdıqdan sonra itilə birlikdə tualetə girib, lakin 20 dəqiqədən az müddətdə tualeti tək tərk edib və daha sonra Kolumbiyaya uçub.

 

Təmizlik işçisi tualetdə su və it yemi gördükdən sonra zibillikdə ölü it aşkarlayıb. İtin səliqəli şəkildə geyindirildiyi, mikroçipi və sahibi ilə bağlı məlumat daşıyan aksesuarları olduğu bildirilib. Məhkəmə-tibbi ekspertiza nəticəsində itin boğularaq öldüyü müəyyən edilib.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Bu xəstəxanada analiz cavabları onlayn təqdim olunacaq –RƏSMİ

Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində analiz cavablarını onlayn şəkildə əldə etmək mümkün olacaq.   Sfera.az xə...

DİN-dən ƏMƏLİYYAT: Mütəşəkkil dəstənin 19 üzvü tutuldu – VİDEO

  Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotik vasitələrin əlbəəl satışı, on...

“İsraildən razı deyiləm” - Tramp

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəs rejiminin pozulması ilə bağlı ciddi narahatlığını ifadə edib.   Sfera.az xarici mediaya i...

Prezident Mingəçevirdə erməni raketinin düşdüyü ərazidə - FOTO

  Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə birgə Mingəçevirdə &ld...

Əli Əsədov yeni qərar imzaladı

Nazirlər Kabineti “Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğ...

İsrail İranın bu şəhərlərinə zərbələr endirdi

İsrail İranın şimalında yerləşən Babol və Babolser şəhərlərinin ətrafına zərbə endirib, partlayış səsləri eşidilib. Sfera.az verir ki, bu barədə İSNA ag...