"BMT təhlükəsizlik zəmanəti ola bilməz" - Zelenski

"BMT təhlükəsizlik zəmanəti ola bilməz" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə rəsmi səfərdə olan Çexiya Prezidenti Petr Pavel ilə görüşüb. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ikitərəfli danışıqlardan sonra liderlər birgə mətbuat konfransı keçiriblər.

 

Zelenski çıxışında Rusiyaya qarşı davam edən müharibə ilə bağlı müvəqqəti atəşkəsin tətbiqinə dair işlərin davam etdiyini bildirib. O, bu istiqamətdə 24 martda ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüş keçirəcəyini açıqlayıb. Zelenskinin sözlərinə görə, görüşdə Ukrayna müdafiə naziri Rüstem Umerov və texniki məsələləri müzakirə edə biləcək digər səlahiyyətli şəxslər iştirak edəcək.

 

BMT-nin Ukraynanı müharibədən qoruya bilmədiyini vurğulayan Zelenski qeyd edib ki:“Biz BMT-ni hərbi müdaxilənin və ya təhlükəsizlik zəmanətlərinin alternativi kimi görmürük. BMT rəsmiləri və Baş katibi ilə münasibətlərimiz məntiqli və normaldır, lakin BMT təhlükəsizlik zəmanətlərinin alternativi ola bilməz”.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...