Fikir, söz və məlumat azadlığı - Cəmiyyətin inkişafında bu hüquqların rolu nədən ibarətdir?

Fikir, söz və məlumat azadlığı - Cəmiyyətin inkişafında bu hüquqların rolu nədən ibarətdir?

Müasir demokratik cəmiyyətlərin təməlini insan hüquqları və azadlıqları təşkil edir. Bu hüquqlar arasında ən mühüm olanlardan biri də fikir, söz və məlumat azadlığıdır.

 

Sfera.az xəbər verir ki, insanların öz fikirlərini sərbəst ifadə edə bilməsi, azad şəkildə informasiya əldə etməsi və müxtəlif düşüncələrin bir arada mövcud olması, sağlam və inkişaf etmiş bir ictimaiyyətin əsas göstəricisidir.

 

Fikir azadlığı insanların daxili inanclarını sərbəst şəkildə formalaşdırmaq və bu fikirləri cəmiyyətə çatdırmaq hüququnu təmin edir. Bu hüquq həm fərdi inkişaf, həm də cəmiyyətin tərəqqisi üçün olduqca vacibdir. İnsanlar müxtəlif mövzularda sərbəst düşünə və bu fikirlərini paylaşa bildikdə, ictimai müzakirələr canlanır, problemlərin həlli yolları daha çox müzakirə olunur və nəticədə daha effektiv qərarlar qəbul edilir.

 

Söz azadlığı isə fikir azadlığının davamı olaraq çıxış edir. Bu azadlıq insanların öz fikirlərini mətbuat, televiziya, sosial media və digər kommunikasiya vasitələri ilə ifadə etmək hüququnu əhatə edir. Söz azadlığı olmadan demokratik idarəetmənin təşkili mümkün deyil. Müstəqil media qurumları, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri cəmiyyətin informasiya ilə təmin olunmasında əsas rol oynayır. Onların fəaliyyəti sayəsində ictimaiyyət hökumətlərin fəaliyyəti haqqında məlumat alır, ictimai nəzarət güclənir və şəffaflıq təmin olunur.

 

Məlumat azadlığı da bu kontekstdə mühüm əhəmiyyət kəsb edir. İnsanların düzgün, obyektiv və vaxtında informasiya əldə etməsi onların hadisələrə və qərarlara münasibət bildirməsinə şərait yaradır. Məlumatın yalnız rəsmi mənbələrdən deyil, müxtəlif mənbələrdən əldə olunması plüralizmin vacib elementidir. Bu, eyni zamanda dezinformasiyanın qarşısının alınmasında və cəmiyyətin şüurlu şəkildə formalaşmasında vacib rol oynayır. Plüralizm isə yəni fikir müxtəlifliyi və alternativ baxışların mövcudluğu demokratik sistemin ayrılmaz hissəsidir. Plüralist cəmiyyətlərdə fərqli siyasi, dini, mədəni və sosial baxışların birgə mövcudluğu mümkündür və bu müxtəliflik cəmiyyətin inkişafını stimullaşdırır. Plüralizm həm də sosial tolerantlıq və qarşılıqlı hörmətin formalaşmasına xidmət edir. İnsanlar müxtəlif fikirlərə açıq olduqda, radikalizmin və ayrı-seçkiliyin qarşısı alınır, daha inklüziv bir cəmiyyət qurulur.

 

Fikir, söz və məlumat azadlığının inkişafı təkcə hüquqi təminatlarla məhdudlaşmamalıdır. Bu sahədə davamlı maarifləndirmə, media savadlılığının artırılması, təhsil sistemində tənqidi düşüncənin təşviqi də önəmlidir. Eyni zamanda, hökumətlərin və ictimai institutların vəzifəsi təkcə bu azadlıqları qorumaq deyil, onların inkişafı üçün münbit mühit yaratmaqdır. İnternetin və sosial medianın geniş yayılması ilə söz azadlığının sərhədləri daha da genişlənmişdir, lakin bu azadlığın məsuliyyətlə istifadəsi də ön plana çıxmışdır. Nəticə etibarilə, fikir, söz və məlumat azadlığı, plüralizmlə birlikdə cəmiyyətin demokratikləşməsi, fərdi hüquqların qorunması və ictimai rifahın artırılması üçün əsas şərtlərdən biridir. Bu dəyərlərin qorunması və inkişaf etdirilməsi yalnız dövlətin deyil, hər bir vətəndaşın üzərinə düşən ortaq məsuliyyətdir.

 

Fidan Hacızadə

 

Mövzu: Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

 

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb

 


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...