Dünyanın böyük hissəsi riskli isti hava ilə üzləşib - Hesabat

Dünyanın böyük hissəsi riskli isti hava ilə üzləşib - Hesabat

Müstəqil elmi təşkilat olan “Climate Central” 2024-cü ilin dekabrı ilə 2025-ci ilin fevral aylarını əhatə edən dövrdə iqlim dəyişikliklərinin təsiri ilə bağlı hesabat yayımlayıb. 

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, hesabatda kömür, benzin və metan qazı emissiyalarının hava temperaturuna təsiri təhlil olunub. Araşdırma çərçivəsində 220 ölkə və 940 şəhərdə orta hava temperatur göstəriciləri əsas götürülüb.

 

Hesabatda bildirilir ki, qeyd olunan dövrdə dünya əhalisinin hər 5 nəfərindən 1-i qeyri-adi istilərlə üzləşib. Bu isə insan fəaliyyəti ilə bağlı iqlim dəyişikliyinin təsirlərinin artıq birbaşa hiss olunmağa başladığını göstərir.

 

Qeyd olunub ki, bu müddət ərzində dünyada 394 milyon insan “riskli dərəcədə” isti hava şəraitinə məruz qalıb və bu insanların 74 faizi Afrikada yaşayır.

 

Eyni zamanda hesabatda 28 fevral 2025-ci il tarixində dünya əhalisinin təxminən 37 faizinə — yəni 3 milyard insana yaxın bir kütlənin riskli istilərlə qarşılaşdığı qeyd olunub.

 

Fidan Hacızadə
sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...