Şəhidin 9 yaşlı övladı Leyla Əliyevaya: "Sizin də atanız bir qəhrəmandır! İstəyirik ki, bu mahnını bir yerdə ifa edək!" - VİDEO

Şəhidin 9 yaşlı övladı Leyla Əliyevaya: "Sizin də atanız bir qəhrəmandır! İstəyirik ki, bu mahnını bir yerdə ifa edək!" - VİDEO

Leyla Əliyeva Novruz bayramını şəhid övladları ilə birgə qarşılayıb.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu il də Novruz bayramını şəhid övladları ilə birlikdə keçirib.

 

Sfera.az xəbər verir ki, “Mənim Atam Qəhrəmandır” layihəsi çərçivəsində 200-ə yaxın şəhid övladı üçün Şahdağda üç günlük bayram şənliyi təşkil edilib. Bayram tədbirləri zamanı şəhid qızı, 9 yaşlı Aylin Hümbətli hər kəsi duyğulandıran bir çıxış edib. O, “Mənim atam qəhrəmandır” himnini Leyla Əliyevaya hədiyyə edərək, onu bu nəğməni şəhid övladları ilə birgə ifa etməyə dəvət edib:

 

“Əziz Leyla xanım, sizin atanız da bir qəhrəmandır! Bu nəğməni bizimlə birgə oxuyaraq qələbəni bizə yaşadan qəhrəman atalarımıza hədiyyə etməyinizi xahiş edirik.”

 

Leyla Əliyeva şəhid övladları ilə birgə nəğməni ifa edərək onların sevincinə sevinc qatıb. O, şəhid ailələrinə daim diqqət və qayğı göstəriləcəyini, onların heç zaman unudulmayacağını vurğulayıb.

 


 

Bayram çərçivəsində şəhid Orxan Qəhrəmanovun anası Arzu Qəhrəmanova və daha 15 şəhid övladı doğum günlərində xüsusi olaraq təbrik ediliblər. Daha sonra Heydər Əliyev Fondu tərəfindən şəhid ailələrinə bayram hədiyyələri təqdim olunub.
 

Tədbirdə iştirak edən Fondun icraçı direktoru Anar Ələkbərov şəhid ailələrinə bir daha dəstəyini ifadə edərək vurğulayıb:


“BİZ ONLARI QORUMALIYIQ!”
 

"Şəhid övladları bu vətənin bizə əmanətidir. Onlar atasız qalmayıb, çünki onların ataları bu xalqın qəlbində əbədi yaşayır. Onların göz yaşını silmək, üzlərini güldürmək, gələcəyə inamla baxmalarını təmin etmək bizim borcumuzdur. Çünki bu gün azad yaşadığımız hər gün onların atasının bizə mirasıdır!” -, deyə Anar Ələkbərov çıxışında bildirib.

 

Bu sözlər bir daha göstərir ki, şəhid ailələri heç vaxt unudulmayacaq, onların qəhrəman atalarının ruhu daim əziz tutulacaq. Heydər Əliyev Fondu və dövlətimiz hər zaman şəhid övladlarının və ailələrinin yanında olacaq!

 

Əziz şəhid övladları bir daha sizin Novruz bayramınızı təbrik edirik! Biz hər zaman atalarınızın adından onların sevgisi ilə yanınızdayıq!

 

 


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...