Məşhur kosmetoloq qanunsuz fəaliyyət göstərib, cərimələndi


Məşhur kosmetoloq qanunsuz fəaliyyət göstərib, cərimələndi

Bakıda fəaliyyət göstərən “Dr.Elnara” MMC-nin rəhbəri Elnarə Rzayeva kosmetoloji tibb fəaliyyət üçün lisenziya almadan qanunsuz fəaliyyət göstərib.

 

Sfera.az xəbər verir ki, Teleqraf-a istinadən istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin qərarı ilə məşhur kosmetoloq qanunsuz fəaliyyət göstərdiyi üçün 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə təqsirli bilinib və 5000 manat məbləğində cərimə edilib.

 

Bu qərardan Elnarə Rzayevanın vəkili Yasamal Rayon Məhkəməsinə şikayət edib. Vəkil Elnarə Rzayevanın 5 min manat miqdarında cərimə olunması barədə qərarın ləğv edilməsini istəyib.

 

Yasamal Rayon Məhkəməsinin 6 dekabr 2024-cü il tarixli qərarı ilə şikayət təmin olunmayıb.

 

Bundan sonra vəkil eyni tələblə Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, bu şikayət də təmin edilməyib.

 

Bundan başqa, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 2021-ci ildə “Dr.Elnara” MMC-yə məxsus kosmetoloji mərkəzdə yoxlama aparılıb və bu zaman müəssisənin lisenziyasız tibbi fəaliyyət (kosmetoloji) göstərdiyi aşkarlanıb.

 

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə protokol tərtib edilib. MMC barəsində 20.000 manat məbləğində inzibati qaydada cərimə qərarı çıxarılıb.

 

Lakin bu cərimə cəzası ilə bağlı qərar Nizami Rayon İcra Şöbəsi tərəfindən icra olunmayıb.

 

Səhiyyə Nazirliyi qərarın icra olunmamasından 2024-cü ilin sonlarında məhkəməyə müraciət edib və MMC-nin barəsində təyin olunmuş cərimənin icrası üçün Nizami Rayon İcra Şöbəsinə göndərilməsi barədə qərardad qəbulu xahiş edilib.

 

Nizami Rayon Məhkəməsinin qərarı ilə Səhiyyə Nazirliyinin şikayəti təmin edilib və icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün qərar qəbul edilib.Qeyd edək ki, Elnarə Rzayevanın barəsində Yasamal Rayon Prokurorluğunda da araşdırma aparılıb.Müəyyən edilib ki, Elnarə Rzayevanın əməlində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması üzə çıxıb. Onun barəsində 210.1-ci maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün qərar Səhiyyə Nazirliyinə göndərilib.


OXŞAR XƏBƏRLƏR

Paytaxtın üç rayonunda söküntü başlayır - Hansı evlər plana düşəcək?

Bakının Binəqədi, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti başa çatmış, təhlükə yaradan binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib. ...

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.   Sfera.az ...

“Azərbaycanda tələbələrin sayı artırılmalıdır” – Ekspert

Son illərdə Azərbaycanda hər 10 min nəfərə düşən ali məktəb tələbələrinin sayı artsa da, bu göstərici hələ də region ölkələri ilə müqayisədə aşağıdır. Dövlət St...

“Pop Kralı”nın ölüm günüdür...

Bu gün dünya musiqisinin tanınmış simalarından olan, “Popun Kralı” Maykl Ceksonun vəfatından 16 il ötür.   Sfera.az xəbər verir ki,...

Doğum azalır, ailələr kiçilir- Gender problemi

Müasir dünyada gender bərabərliyi, ailə institutunun sabitliyi və demoqrafik dəyişikliklər bir-biri ilə sıx bağlı olan, cəmiyyətin strukturuna və gələcəyinə bir...

Prezidentin köməkçiləri harada çalışıb? - SİYAHI

Prezident Administrasiyası ölkənin siyasi və inzibati idarəçiliyində strateji əhəmiyyətə malik olan bir strukturdur. Bu strukturun əsas dayaqlarından biri isə P...