Müdafiə naziri Baş Klinik Hospitalı ziyarət edib

Müdafiə naziri Baş Klinik Hospitalı ziyarət edib

Müdafiə Nazirliyinin (MN) rəhbərliyi martın 20-də Baş Klinik Hospitalda müalicə olunan hərbi qulluqçuları ziyarət edib.

 

Sfera.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.

 

Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşüb, onların səhhəti ilə maraqlanıb, tezliklə sağlamlıqlarına qovuşaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb. Hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib. 

 

Sonra Hospitalın tibb işçiləri ilə görüşən müdafiə naziri onları bayram münasibətilə təbrik edib, burada müalicə və müayinə olunan hərbi qulluqçulara xüsusi həssaslıqla yanaşılması və daha keyfiyyətli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

 

General-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.

 

Sonda müdafiə naziri Hospitalın ərazisində tibb xidmətinin balansında olan, müasir avadanlıqlarla təchiz edilmiş, ambulator xidmətlər üçün nəzərdə tutulmuş xüsusi avtomobillərlə tanış olub.


OXŞAR XƏBƏRLƏR

DİN-dən XƏBƏRDARLIQ: Bank kartınızın kodunu heç kəsə verməyin!

DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti dəfə çağırış edib.   Nazirlikdən Sfera.az-a verilən məlumata görə, iyunun 24-də vətənda...

Generalın qardaşı da general oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 4 polkovnikə “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Onlardan...

Paytaxtın üç rayonunda söküntü başlayır - Hansı evlər plana düşəcək?

Bakının Binəqədi, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti başa çatmış, təhlükə yaradan binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib. ...

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.   Sfera.az ...

“Azərbaycanda tələbələrin sayı artırılmalıdır” – Ekspert

Son illərdə Azərbaycanda hər 10 min nəfərə düşən ali məktəb tələbələrinin sayı artsa da, bu göstərici hələ də region ölkələri ilə müqayisədə aşağıdır. Dövlət St...

“Pop Kralı”nın ölüm günüdür...

Bu gün dünya musiqisinin tanınmış simalarından olan, “Popun Kralı” Maykl Ceksonun vəfatından 16 il ötür.   Sfera.az xəbər verir ki,...