FHN-dən əhaliyə təkrar müraciət


FHN-dən əhaliyə təkrar müraciət

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə təkrar müraciət edib.

 

Sfera.az xəbər verir ki, müraciətdə bildirilir:

 

“Xalqımız milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan Novruz bayramını böyük təntənə ilə qeyd edir.

 

Lakin bu bayramla əlaqədar keçirilən mərasimlər, xüsusilə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi sonda arzuolunmaz nəticələrə gətirib çıxarır.

 

Belə ki, təəssüflə qeyd olunmalıdır ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən bu istiqamətdə aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən çoxsaylı müraciətlərə baxmayaraq, təkcə İlaxır çərşənbə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması nəticəsində 19 yanğın hadisəsi qeydə alınıb.

 

Göstərilənləri, xüsusilə ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin davam edəcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, Novruz bayramı ilə bağlı mərasimlərdə aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır:

 

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda və müvafiq təhlükəsizlik tədbirləri görülməklə yandırılmalı;

 

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

 

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

 

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

 

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

 

Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

 

Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!

 

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

 

Təhlükə zamanı 112-yə zəng edin!”


OXŞAR XƏBƏRLƏR

DİN-dən XƏBƏRDARLIQ: Bank kartınızın kodunu heç kəsə verməyin!

DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti dəfə çağırış edib.   Nazirlikdən Sfera.az-a verilən məlumata görə, iyunun 24-də vətənda...

Generalın qardaşı da general oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 4 polkovnikə “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Onlardan...

Paytaxtın üç rayonunda söküntü başlayır - Hansı evlər plana düşəcək?

Bakının Binəqədi, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti başa çatmış, təhlükə yaradan binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib. ...

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.   Sfera.az ...

“Azərbaycanda tələbələrin sayı artırılmalıdır” – Ekspert

Son illərdə Azərbaycanda hər 10 min nəfərə düşən ali məktəb tələbələrinin sayı artsa da, bu göstərici hələ də region ölkələri ilə müqayisədə aşağıdır. Dövlət St...

“Pop Kralı”nın ölüm günüdür...

Bu gün dünya musiqisinin tanınmış simalarından olan, “Popun Kralı” Maykl Ceksonun vəfatından 16 il ötür.   Sfera.az xəbər verir ki,...