22 il monastırda özünü rahibə kimi göstərərək yaşayıb - SƏBƏB

22 il monastırda özünü rahibə kimi göstərərək yaşayıb - SƏBƏB

İyirmi ildən çox Dominikan monastırlarında "Marqarita bacı" kimi yaşayan Frank Tavaresin bənzərsiz hekayəsi ictimaiyyəti şoka salıb, kitablar və sənədli filmlər üçün əsas olub.


“Marqarita bacı” haqqında kitablar yazılıb, filmlər çəkilib.


Sfera.az bildirir ki, “Kişi rahibə”nin hekayəsi Frankın valideynlərinin həyatına son qoyan faciəli avtomobil qəzasından sonra başlayıb. O zaman Frankın cəmi dörd yaşı olub. Maddi çətinliklər üzündən nənə və baba oğlana lazımi qayğı göstərə bilməyiblər, ona görə də onu Dominikan monastırının rahibələri himayəsi altına alıblar.
 

Tavaresin xatirələrinə görə, yəqin ki, monastırda qız kimi tərbiyə olunmasına səbəb onun fiziki inkişafının xüsusiyyətləri, yəni kiçik cinsiyyət orqanları olub. Frank qadın geyiminə uyğunlaşıb, rahibələrin vərdişlərini mənimsəyib və dini icmanın gündəlik həyatına tam inteqrasiya edib.


Yeddi yaşında, tibbi müayinədən keçdikdən sonra oğlana əsl cinsi təyin olunub, lakin o, yeganə evindən qovulmaqdan qorxaraq qız kimi yaşamağa davam edib.
 

"Mən heç vaxt onların qarşısında üzməmişəm və soyunmamışam. Tez suya girmişəm, boks şortu geyinmişəm, menustrasiyanı saxtalaşdırmışam və böyük ölçülü paltarlar seçmişəm"  - deyə “Marqarita bacı" daha sonrakı müsahibələrində xatırlayır.
 

Yeniyetmə ikən Frank bəzi rahibələrə qarşı romantik bir cəzb hiss etməyə başlayanda vəziyyət daha da mürəkkəbləşib. Onlardan biri hamilə olduqdan sonra başqa bir monastıra köçməli olub. Orada Frank ehtiraslı münasibətə başladığı Silviya ilə tanış olub. Silviya da hamilə qalıb və ona ailə qurmaq üçün monastırdan getməsi üçün yalvarsa da, ona qulluq edən rahibələrə mənəvi borcuna görə Frank bundan imtina edib.


Gözlənilməz ifşa


 

Açıqlama 1979-cu ildə, monastır müəllimlərindən biri təsadüfən “Marqarita bacı”nın Silviyaya məktubunu tapdıqda gəlib. 22 il rahibə kimi yaşadıqdan sonra 27 yaşlı Frank Tavares monastırı tərk edərək kişi kimi yeni həyata başlayıb.
 

Monastırda tikişçi peşəsini alan Frank tez bir zamanda dərzi kimi iş tapıb və 73 yaşına qədər hələ də bu peşə ilə məşğul olur.
 

Frankın Silviya ilə romantik münasibəti boşanaraq ABŞ-a köçdükdən sonra bitib. Kişi heç vaxt uşağını görməyib, amma yenə də bu qadını həyatının sevgisi hesab edir. “Marqarita bacı”nın qeyri-adi taleyi çoxsaylı televiziya proqramlarının və ən azı iki kitabın (“Çılpaq rahibə” və “Kölgələrdə yol ayrıcları”) mövzusuna çevrilib.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Boksçumuzun toyu oldu - VİDEO

Azərbaycanlı boksçu Sərxan Əliyev ailə qurub.   Sfera.az Milli.az-a istinadən xəbər verir ki, boks üzrə dünya çempionatının bürünc mükafatç...

DİN-dən XƏBƏRDARLIQ: Bank kartınızın kodunu heç kəsə verməyin!

DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti dəfə çağırış edib.   Nazirlikdən Sfera.az-a verilən məlumata görə, iyunun 24-də vətənda...

Generalın qardaşı da general oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 4 polkovnikə “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Onlardan...

Paytaxtın üç rayonunda söküntü başlayır - Hansı evlər plana düşəcək?

Bakının Binəqədi, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti başa çatmış, təhlükə yaradan binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib. ...

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.   Sfera.az ...

“Azərbaycanda tələbələrin sayı artırılmalıdır” – Ekspert

Son illərdə Azərbaycanda hər 10 min nəfərə düşən ali məktəb tələbələrinin sayı artsa da, bu göstərici hələ də region ölkələri ilə müqayisədə aşağıdır. Dövlət St...