Boşanma zamanı ev işi üçün 6800 dollar tələb edib: Məhkəmə 5 dəfə çox təzminat verdi

Boşanma zamanı ev işi üçün 6800 dollar tələb edib: Məhkəmə 5 dəfə çox təzminat verdi

Bu yaxınlarda Çinin mərkəzindəki Zhongyuan Rayon Məhkəməsi boşanma zamanı ev işlərini gördüyünə görə qadına təqribən 35 min dollar təzminat təyin etmə qərarı çıxarıb. Maraqlıdır ki, bu məbləğ iddiaçının əvvəlcə iddia etdiyi məbləğdən beş dəfə çox olub.

Sfera.az bildirir ki, Çin məhkəməsinin qərarı qadının ev işləri üçün pul qazanması ilə bağlı mübahisələrə səbəb olub.
 

Keçən ilin sonlarında iş üzrə təqsirləndirilən şəxs boşanmaq üçün məhkəməyə müraciət edərək, qızının qəyyumluğunu, əmlakın ədalətli bölünməsini və ev işlərinə görə təzminat tələb edib.
 

Hu və Vanq 2011-ci ildə evləniblər və həmin il bir qızları olub. Bu müddət ərzində onlar arasında, xüsusən də uşağın təhsili ilə bağlı çoxsaylı mübahisələr yaranıb. Vəziyyət 2022-ci ilin oktyabrında növbəti qarşıdurmadan sonra Hunun evlərini tərk etdikdə gərginləşib. O vaxtdan bəri cütlük ayrı yaşamağa başlayıb.
 

Ötən ilin sonlarında qadın boşanmaq üçün məhkəməyə müraciət edərək, qızının qəyyumluğunu, əmlakın ədalətli bölünməsini və ev işləri üçün 50 min yuan təzminat tələb edib.


Ailəsinin qayğısına qalmaq üçün işini tərk edən Hu, qızını böyütmək və ev işlərinin çoxunu öz üzərinə götürdüyünü, ərinin isə bunda heç bir rol oynamadığını bildirərək tələbini əsaslandırıb.
 

Martın əvvəlində məhkəmə hökmünü elan edərək Hunun uşağa qəyyumluq verilməsi ilə bağlı vəsatətini təmin edib və Vanga qızı üçün aylıq dəstək ödəməyi əmr edib. Bununla belə, ən gözlənilməz qərar kompensasiyanın birdəfəlik ödənilməsi olub. İddiaçının tələb etdiyindən beş dəfə çox təzminat təyin edilib.


Hakim köməkçisi Fu Xia qərarı izah edərək:
 

"Ev işlərinin qeyri-maddi hesab edilməsi onun dəyərli olmadığı demək deyil. Ev işləri həyat yoldaşları arasında bölüşdürülməlidir" - deyə bildirib.


Qərar ev işlərini yerinə yetirmək, uşaqlara və yaşlı ailə üzvlərinə qulluq etmək kimi daha çox yükü daşıyan həyat yoldaşı üçün boşanma zamanı təzminat tələb etmək hüququnu təmin edən Çin Mülki Məcəlləsinə əsaslanır.
 

"Bu qayda ev işinin dəyərini təsdiq edir, ailə üzvlərini ev işlərində bərabər şəkildə iştirak etməyə təşviq edir və işin çox hissəsini görən tərəfə qarşı ayrı-seçkiliyi aradan qaldırır" - deyə Fu əlavə edib.
 

Rezonans doğuran hökm Çin sosial mediasında müzakirələrə səbəb olub və istifadəçilərin əksəriyyəti məhkəmənin qərarını dəstəkləyib.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

DİN-dən XƏBƏRDARLIQ: Bank kartınızın kodunu heç kəsə verməyin!

DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti dəfə çağırış edib.   Nazirlikdən Sfera.az-a verilən məlumata görə, iyunun 24-də vətənda...

Generalın qardaşı da general oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 4 polkovnikə “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Onlardan...

Paytaxtın üç rayonunda söküntü başlayır - Hansı evlər plana düşəcək?

Bakının Binəqədi, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti başa çatmış, təhlükə yaradan binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib. ...

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.   Sfera.az ...

“Azərbaycanda tələbələrin sayı artırılmalıdır” – Ekspert

Son illərdə Azərbaycanda hər 10 min nəfərə düşən ali məktəb tələbələrinin sayı artsa da, bu göstərici hələ də region ölkələri ilə müqayisədə aşağıdır. Dövlət St...

“Pop Kralı”nın ölüm günüdür...

Bu gün dünya musiqisinin tanınmış simalarından olan, “Popun Kralı” Maykl Ceksonun vəfatından 16 il ötür.   Sfera.az xəbər verir ki,...