Trampla çox mənalı, müsbət və səmimi söhbətim oldu - Zelenski

Trampla çox mənalı, müsbət və səmimi söhbətim oldu - Zelenski

ABŞ Prezidenti Donald Trampla çox mənalı, müsbət və səmimi söhbətim oldu.

 

Sfera.az xəbər verir ki, bunu Donald Trampla telefon danışığından sonra Ukrayna Prezidenti Vladimir Zelenski "X" hesabında yazıb.

 

Zelenski martın 19-da ABŞ lideri Donald Trampla keçirdiyi telefon danışığından sonra “bu il davamlı sülhün əldə oluna biləcəyinə” əminliyini ifadə edib.

 

Onun sözlərinə görə, Ukrayna və Amerika heyətləri sülhə nail olmaq üçün addımların əlaqələndirilməsini davam etdirmək üçün yaxın günlərdə Səudiyyə Ərəbistanında görüşməyə hazırdır.

 

"Mən Donald Trampa martın 11-də Ciddədə Ukrayna və Amerika komandalarının işinin yaxşı və məhsuldar başlamasına görə təşəkkür etdim - komandaların bu görüşü müharibənin sona çatması istiqamətində irəliləyişə əhəmiyyətli dərəcədə kömək etdi. Biz razılaşdıq ki, müharibəni sona çatdırmaq üçün Ukrayna Amerika lideri ilə birlikdə çalışmalıdır. Bu il davamlı sülh əldə edilə bilər”, - deyə Zelenski əlavə edib.

 

O, Trampın Putinlə söhbətinin təfərrüatlarını və müzakirə olunan əsas məsələləri onunla bölüşdüyünü bildirib:

 

"Müharibənin tam dayandırılması üçün ilk addımlardan biri enerji və digər mülki infrastruktura hücumları dayandırmaq ola bilər. Mən bu addımı dəstəklədim və Ukrayna da bunu həyata keçirməyə hazır olduğunu təsdiqlədim. Komandalarımız Ciddədə bu addımı müzakirə etdilər. Amerika tərəfi də cəbhə xəttində qeyd-şərtsiz atəşkəs təklif etdi. Hesab edirik ki, atəşkəs dövründə hərtərəfli sülh sazişinin hazırlanmasına imkan yaratmaq üçün belə addımlar lazımdır”.

 

Bundan əlavə, Zelenski Trampa döyüş meydanındakı vəziyyət və Rusiya zərbələrinin nəticələri barədə son məlumatı təqdim etdiyini bildirib: "Biz Kursk vilayətindəki vəziyyət barədə danışdıq, hərbi əsirlərin azad edilməsi və rus qoşunları tərəfindən əsir götürülən ukraynalı uşaqların geri qaytarılması məsələsinə toxunduq. Həmçinin, Ukraynanın hava hücumundan müdafiə sisteminin vəziyyətini və insanların həyatını qorumaq üçün onun gücləndirilməsi imkanlarını müzakirə etdik".


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən böyük ağzına sahib qadın bacardığı möcüzələri göstərdi - FOTOLAR

Ginnesin Rekordlar Kitabının rəsmi saytı həm təəccüb, həm də heyranlıq doğuran kateqoriyada yeni dünya nailiyyətinin qeydə alındığını elan edib.   Sf...

Cennifer Lopezin yeni eşq macərası başlayır? - FOTOLAR

55 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopezin yenidən eşq yaşadığından şübhələnmək üçün paparassilərin əlinə əsaslı faktlar keçib. Belə ki, J.Lo Brett ...

Mişel Obama boşanma şayiələrinə münasibət bildirib

Keçmiş birinci xanım radio proqramlarının birində evliliyi barədə açıqlamalar verib.     Sfera.az bildirir ki, Mişel Obama boşanma şayiələrin...

Saxta epidemiya ilə 8000 nəfəri xilas edən həkimin hekayəsi: Eugene Lazowski

Müharibə qəhrəmanlığı bəzən səssiz, görünməz, tibbi iynənin ucuna yazılır. Polşalı həkim Eugene Lazowski minlərlə insanın həyatını xilas edərək adını tarixə yaz...

Zaman anlayışı olmayan, mağarada yaşayan insan elm aləmini heyrətləndirdi - FOTO

Heç düşünmüsünüzmü ki, xarici aləmdən tamamilə kəsildiyiniz, saatların, günəş işığının və təqvimlərin olmadığı bir yerdə nə qədər dayana bilərsiniz? Fransız ali...

Suqovuşanda oğul anasını BIÇAQLADI

Ağdərə rayonunda bıçaqlanma hadisəsi olub. Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suqovuşan kəndində baş verib. Məlumata görə, Ələkb...