Şeyx iftar mərasimi təşkil etdi

Şeyx iftar mərasimi təşkil etdi

Martın 19-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi açıb.

 

Sfera.az xəbər verir ki, əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.

 

Ənənəvi iftar mərasimində çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Ramazan ayının fəzilətlərindən danışaraq, Azərbaycanda olan dini toleranlığa diqqət çəkib, Azərbaycanda dini icmalara dövlət qayğısını, Prezident İlham Əliyevin himayəsini və qayğısını yüksək qiymətləndirib.

 

A.Paşazadə Prezident İlham Əliyevin müzəffər siyasətinin davamlı uğurlarından, dövlətçiliyimizin mənafeləri, xalqımızın rifahı naminə dəyərli səy və əməllərindən, azad Qarabağda dini-mənəvi irsimizin dirçəldilməsindən bəhs edərək, bu nailiyyətlərin xalqımızın rifahında, dövlətimizin inkişafında, habelə ölkəmizin dünya miqyasında tanıdılmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

 

Şeyxülislam qeyd edib ki, Azərbaycandakı tolerantlıq modeli bütün dünyaya nümunədir və belə xoş, mehriban mühit demək olar, heç bir yerdə yoxdur. O, dua edib ki, Allah-Taala bu birliyimizi əlimizdən almasın. Vurğulayıb ki, Azərbaycan dünyada dini və məzhəb ayrı-seçkiliyinə yol verilməyən nadir ölkələrdəndir. Bu, bizim həyat tərzimizdir, təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, dövlət başçımız İlham Əliyevin uğurla davam etdirdiyi müdrik dövlətçilik siyasətinin, din-dövlət münasibətlərinin bəhrəsidir.

 

Ölkəmizin postmüharibə dövründə dini fəaliyyətini diqqətə çatdıran QMİ sədri vurğulayıb ki, 30 illik düşmən işğalında dağıdılmış məscid və kilsələr bu gün Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə bərpa olunur, dindarların rahat şəkildə istifadəsi üçün hər bir şərait yaradılır.

 

Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdəki din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, bu amilin bütün dini icmaların fəaliyyətinə dəstək və diqqətdə ifadə edildiyini, dini-mənəvi həyatımızda hökm sürən dinlərarası harmoniyanı gücləndirdiyini bildirib.

 

Sonda iftar süfrəsi verilib.

 

Mərasim çıxış edən Milli Məclis sədrinin müavini Əli Əhmədov ölkəmizdəki dövlət-din münasibətlərinin qarşılıqlı hörmət və dünyəvilik prinsipləri əsasında formalaşdığını, dövlətin dini inanclara tolerant yanaşdığını və cəmiyyətin müxtəlif konfessiyalar arasında harmoniyanın qorunmasına önəm verdiyini vurğulayıb.

 

Azərbaycandan fərqli olaraq dünyanın bir çox regionlarında dini dözümsüzlüyün, ayrı-seçkilik və radikalizm hallarının artdığını, bəzi ölkələrdə müxtəlif dini qruplar arasında qarşıdurmalar yaşandığını diqqətə çatdıran Əli Əhmədov bildirib ki, ölkəmizdə Heydər Əliyevin əsasını qoyduğu sülh içində birgəyaşayış siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Sonra ölkəmizdəki dini konfessiyaların rəhbərləri çıxış edərək, belə mübarək məqamda qardaşlıq süfrəsi ətrafında bir araya gəlmələrinin Azərbaycanın örnək multikultural həyat reallığı olduğunu xüsusi vurğulayıblar. Bildirilib ki, Azərbaycanda din nümayəndələrinin mehriban qardaşlıq şəraitində, sülh içində və bir ailənin üzvləri kimi yaşaması bütün dünya üçün bəşəri əhəmiyyət daşıyan dinlərarası qarşılıqlı anlaşma və birgəyaşayış nümunəsidir.


OXŞAR XƏBƏRLƏR

"Bu, qanlı və dağıdıcı bir hekayədir" - Lavrov

Rusiya İran ətrafında gərgin vəziyyətlə bağlı həm ABŞ, həm də İsrail rəhbərliyi ilə təmasdadır.    Sfera.az İnterfaks-a istinadən xəbər verir ki...

Sürücülərin DİQQƏTİNƏ! Sabah saat 08:00-dan iyunun 29-u saat 22:00-a qədər...

Sabah saat 08:00-dan iyunun 29-u saat 22:00-a qədər Bakıda bəzi ərazilərdə yol təmiri işləri aparılacaq.   Sfera.az bu barədə Azərbaycan Avtomob...

Türkiyədə meşə yanğını başladı

Türkiyənin Antalya vilayətinin Qumluca rayonunda meşə yanır.   Sfera.az xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə 1 helikopter, 8 yanğı...

Dəhşətli qəzada ölən 26 yaşlı Elçinin FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gecə Füzuli rayonunun Qayıdış qəsəbəsində 3 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş ve...

Tramp İrana hücumu tarixi hadisə adlandırdı

ABŞ Prezidenti Donald Tramp NATO-nun Haaqa Zirvəsində çıxış edərək İran, İsrail və Qəzza ilə bağlı sərt açıqlamalar verib. O, ABŞ-nin İrana endirdiyi hücumun uğ...

Ölkəyə qızıl külçə keçirən gömrükçülər həbsdən buraxıldı

Dubaydan Azərbaycana qaçaqmal yolu ilə 190 min manatlıq qızıl keçirməkdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.   ...