Azərbaycan onu Qazaxıstana təhvil verdi


Azərbaycan onu Qazaxıstana təhvil verdi

2002-ci il təvəllüdlü Qazaxıstan vətəndaşı Trofimova Anastasiya Vitalyevnanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

 

Qazaxıstanda qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarının təşkili və keçirilməsi əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş A.V.Trofimova cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

 

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanına təhvil verilib.


OXŞAR XƏBƏRLƏR

"Bu, qanlı və dağıdıcı bir hekayədir" - Lavrov

Rusiya İran ətrafında gərgin vəziyyətlə bağlı həm ABŞ, həm də İsrail rəhbərliyi ilə təmasdadır.    Sfera.az İnterfaks-a istinadən xəbər verir ki...

Sürücülərin DİQQƏTİNƏ! Sabah saat 08:00-dan iyunun 29-u saat 22:00-a qədər...

Sabah saat 08:00-dan iyunun 29-u saat 22:00-a qədər Bakıda bəzi ərazilərdə yol təmiri işləri aparılacaq.   Sfera.az bu barədə Azərbaycan Avtomob...

Türkiyədə meşə yanğını başladı

Türkiyənin Antalya vilayətinin Qumluca rayonunda meşə yanır.   Sfera.az xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə 1 helikopter, 8 yanğı...

Dəhşətli qəzada ölən 26 yaşlı Elçinin FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gecə Füzuli rayonunun Qayıdış qəsəbəsində 3 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş ve...

Tramp İrana hücumu tarixi hadisə adlandırdı

ABŞ Prezidenti Donald Tramp NATO-nun Haaqa Zirvəsində çıxış edərək İran, İsrail və Qəzza ilə bağlı sərt açıqlamalar verib. O, ABŞ-nin İrana endirdiyi hücumun uğ...

Ölkəyə qızıl külçə keçirən gömrükçülər həbsdən buraxıldı

Dubaydan Azərbaycana qaçaqmal yolu ilə 190 min manatlıq qızıl keçirməkdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.   ...