Vyetnamdan Azərbaycana smartfon idxalı xeyli azalıb - Rəqəmlər

Vyetnamdan Azərbaycana smartfon idxalı xeyli azalıb - Rəqəmlər

2025-ci ilin yanvar ayında Azərbaycana Vyetnamdan 13 min 718 ədəd smartfon idxal edilib.

 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu sayda smartfonların idxalına çəkilən xərc 5 milyon ABŞ dolları olub.

 

Vyetnamdan smartfon idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 11 min 88 ədəd və ya 44,7%, dəyər ifadəsi ilə 2,4 milyon ABŞ dolları, yaxud da 32% azalıb.

 

Belə ki, ötən ilin ilk ayında Azərbaycana Vyetnamdan 7,4 milyon ABŞ dolları dəyərində 24 min 806 ədəd smartfon gətirilib.

 

Bu ilin yanvarında idxal olunan smartfonun bir ədədi üçün orta qiymət 366,6 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 68,2 ABŞ dolları və ya 22% bahadır. Ötən ilin müvafiq dövründə bu qiymət 298,4 ABŞ dolları idi.

 

Qeyd edək ki, cari ilin birinci ayında Azərbaycana 26 milyon ABŞ dolları dəyərində 107 min 675 ədəd smartfon gətirilib. Smartfonlar Çindən, Hindistandan, Koreyadan, Vyetnamdan idxal edilib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda axtarışda olan şəxs Rusiyaya təhvil verildi

Azərbaycan beynəlxalq axtarışda olan Rusiya vətəndaşını ölkəsinə ekstradisiya edib.   Bu barədə Sfera.az-a Baş Prokurorluqdan məlumat verilib. &nb...

Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik

Ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Müasir Azərbaycan dövlət mü...

Azərbaycan Dəmir Yollarında yeni təyinat oldu

"AZCON Holding”in şirkətlərindən olan Azərbaycan Dəmir Yolları QSC-də (ADY) yeni təyinat olub.   Bu barədə Sfera.az-a səhmdar cəmiyyətində...

Tovuzda kütləvi zəhərlənmə olub

  Tovuzda kütləvi zəhərlənmə olub.   Sfera.az-ın məlumatına görə, rayonda 8 nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiri...

Ceyhun Bayramov İranın yeni səfirini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.   ...

Zakir Həsənov bu gün general olan zabitlərlə görüşdü- FOTOLAR

İyunun 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezidentin müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqç...