“İçərişəhər” stansiyasında bayram ab-havası - FOTOLAR

“İçərişəhər” stansiyasında bayram ab-havası - FOTOLAR

Bakı metropoliteninin əsas muzey eksponatları olan retro vaqonlar Novruz bayramı münasibətilə “İçərişəhər” stansiyasında nümayiş olunur.

 

Sfera.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

 

Bildirilib ki, Bakı metropoliteninin sərnişinləri 19-22 mart tarixlərində saat 10:00-dan 22:00-a qədər retro vaqonlarla tanış ola, xatirə şəkilləri çəkdirə bilərlər.

 

Stansiyada nümayiş olunan “A” tipli vaqon 1934-cü ilin istehsalıdır. Bu vaqonda oturmaq üçün 52, ayaq üstə dayanmaq üçün 120 yer var. Vaqon Bakı metropoliteni xətlərində sərnişin daşımayıb. Orijinal görkəmi bərpa olunmaqla, dizaynı, xüsusi idarəetmə panelli maşinist kabinası, çilçıraqlı işıqlanması və yumşaq oturacaqları ilə diqqəti çəkir.

 

Digər eksponat ümumi sərnişin tutumu 264 nəfər, oturacaq sayı isə 52 olan, 1950-ci illərin istehsalı “Q” tipli metro vaqonudur. Bu vaqonların sonuncusu postsovet məkanında 1983-cü ildə xətdən çıxarılıb. Bakı metropoliteni istismara verilərkən artıq istehsalı dayandırıldığı üçün Bakıda sərnişindaşımada istifadə olunmayıb.

 

Hər iki vaqon 2015-ci ilə qədər xətlərdə yolların, həmçinin digər texniki parametrlərin ölçülməsi, tunellərin yoxlanılması məqsədilə istifadə edilib. Sonradan bu vaqonlar Bakı metropoliteninin diaqnostika kompleksində orijinal görkəminə uyğun bərpa olunub.

 

“E” tipli digər metro vaqonu isə 1959-cu ilin sonlarından başlayaraq istehsal olunub. Bu tipli vaqonlar Moskva, Leninqrad, Kiyev, Bakı və Tbilisinin metropolitenlərində istifadəyə verilirdi. Bakıya, ümumilikdə 47 ədəd “E” tipli vaqon gətirilmişdi. 1980-ci illərdən isə xəttə buraxılmaq üçün yalnız 81-717/714 tipli vaqonlardan ibarət qatarlar alınıb. Bu vaqonlarda da sərnişin tutumu 264, oturacaq sayı isə 40-dır. “E” tipli vaqonun “Ej” modelindən formalaşdırılan son qatar 2009-cu ildən Bakı metropoliteni xətlərindən çıxarılıb.

 

Fotolar: Anar Bayaramlı 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda axtarışda olan şəxs Rusiyaya təhvil verildi

Azərbaycan beynəlxalq axtarışda olan Rusiya vətəndaşını ölkəsinə ekstradisiya edib.   Bu barədə Sfera.az-a Baş Prokurorluqdan məlumat verilib. &nb...

Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik

Ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Müasir Azərbaycan dövlət mü...

Azərbaycan Dəmir Yollarında yeni təyinat oldu

"AZCON Holding”in şirkətlərindən olan Azərbaycan Dəmir Yolları QSC-də (ADY) yeni təyinat olub.   Bu barədə Sfera.az-a səhmdar cəmiyyətində...

Tovuzda kütləvi zəhərlənmə olub

  Tovuzda kütləvi zəhərlənmə olub.   Sfera.az-ın məlumatına görə, rayonda 8 nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiri...

Ceyhun Bayramov İranın yeni səfirini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.   ...

Zakir Həsənov bu gün general olan zabitlərlə görüşdü- FOTOLAR

İyunun 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezidentin müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqç...