"Ən isti 10 il" açıqlandı

"Ən isti 10 il" açıqlandı

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) 2015-2024-cü illəri “ən isti 10 il” olaraq qeyd edib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, təşkilatın açıqlamasına görə, iqlim dəyişikliyinin təsirləri sürətlə artıb və 2024-cü ildə qlobal temperaturun 1850-1900-cü illər sənayedən əvvəlki dövrlə müqayisədə ilk dəfə olaraq 1,5 dərəcədən çox artıb.

 


Hesabatda qeyd edilir ki, rekord temperatur artımının əsas səbəbi istixana qazı emissiyalarının artmasıdır. Eyni zamanda, planetin temperaturunu soyudan La Nina hadisəsinin El Nino-ya çevrilməsi də bu yüksəlişi sürətləndirib. Günəş dövrəsindəki dəyişikliklər, böyük vulkan püskürmələri və soyuducu aerozolların azalması da temperatur artımına təsir göstərmiş ola bilər.

 

Təşkilat iqlim dəyişikliyi ilə mübarizədə hava, su və iqlim xidmətlərinə sərmayə qoyulmasının daha da vacib olduğunu vurğulayıb.

 

Qeyd edək ki, El Nino fenomeni, Sakit Okeanın ekvatorial bölgəsində dəniz suyunun anormal dərəcədə istiləşməsi ilə xarakterizə olunur. La Nina isə El Nino-nun əksidir, yəni Sakit Okean ərazisində dəniz suyunun anormal dərəcədə soyumasıdır.

 

Fidan Hacızadə 
 


OXŞAR XƏBƏRLƏR

Rubl kəskin BAHALAŞDI - Azərbaycana da təsiri olacaq

Rusiya mənşəlli məhsulların Azərbaycan bazarında rəqabət imkanları məhdudlaşır. Rusiyaya qarşı sanksiyaların davam etməsinə baxmayaraq, rubl bahalaşır.  ...

ABŞ-dən etiraf: "Ukraynaya yardım daha az olub"

ABŞ Ukraynaya verilən hərbi yardımın məbləğini dəqiqləşdirib.  Yeni hesablamaya əsasən, indiyə qədər edilən yardımın məbləği 300 milyard dollar yox, 100 mi...

Güclü yağış bu stadionu yararsız hala saldı – VİDEO

İkinci Liqanın 21-ci turu çərçivəsində keçirilməli olan “Şəmkir” – “Kür-Araz” oyununun stadionu dəyişdirilib.   Sfera.a...

Azərbaycan və Gürcüstan prezidentlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.   Sfera.az xəbə...

Məktəblərdə istiliyin dayandırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

“Azəristiliktəchizat” ASC dünən bəyan edib ki, ölkə ərazisində hökm sürən soyuq hava şəraitilə əlaqədar qurumun balansında olan qazanxanalar və isti...

Bakıda binanın balkonu uçdu - VİDEO

Bakının Xətai rayon Əhmədli qəsəbəsində yaşayış binasının balkonu uçub.   Sfera.az Ölkə.Az-a istinadla xəbər verir ki, hadisə Lütfizadə küçəsi 3-də (...