ABŞ Ermənistanda hərbi baza yarada bilərmi? – "Bu, absurd olardı"

ABŞ Ermənistanda hərbi baza yarada bilərmi? – "Bu, absurd olardı"

Son günlər ABŞ-nin Ermənistana hərbi texnika göndərəcəyi ilə bağlı iddialar gündəmdədir. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, iyun ayında 100-dən çox müxtəlif səviyyəli hərbi texnikanın Ermənistana gətiriləcəyi bildirilib. 

 

ABŞ-nin bu davranışı müəyyən suallar doğurur. Ən çox maraq yaradan sual isə Ermənistanda Amerikanın hərbi baza yaratmaq ehtimalıdır. 

 

Məsələ ilə bağlı politoloq Natiq Miri Sfera.az-a müsahibəsində bildirib ki, bu məsələdə hələlik dəqiq və sübut olunmuş məlumatlar yoxdur:


“Bu məsələdə çox böyük qeyri-müəyyənlik var. Çünki konkret ispat olunmuş məlumatlar mövcud deyil və bununla bağlı müraciətə Pentaqon səviyyəsində də cavab verilməyib. Ancaq həqiqətən də 100-dən artıq müxtəlif səviyyələrdə texnikanın iyun ayında Ermənistana gətiriləcəyi məlumdur. Ötən il də eyni aylarda ABŞ-Ermənistan hərbi təlimi keçirilmişdi. Bu, növbəti hərbi təlimin çağırışı ola bilər. Ancaq bu, hər bir halda yeni Tramp administrasiyası kontekstində Azərbaycanın maraqlarına uyğun deyil. Belə hərbi təlimlərin keçirilməsi ABŞ-nin Ermənistana hərbi dəstəyi anlamına gəlir. Bu isə Azərbaycanın maraqlarına heç də uyğun deyil”.


N.Mirinin sözlərinə görə, hərbi təlimlər zamanı gətirilən texnikanın müəyyən hissəsinin Ermənistanda qalması ehtimalı var:


“Hər dəfə bu cür hərbi təlimlərdən sonra bəzi hərbi texnikaların Ermənistanda qalması ilə bağlı məlumatlar yayılır. Bu isə dolayısı ilə Ermənistanın təhlükəsizliyinə dəstək vermək deməkdir. Bir tərəfdən Tramp administrasiyasının Ermənistana hərbi yardım etməyəcəyi ilə bağlı fikirlər səsləndirilir, digər tərəfdən isə tam əksi müşahidə olunur. Buna görə də aprel ayında qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfəri çərçivəsində bu məsələnin də müzakirə olunacağı istisna edilmir”.


ABŞ-nin Ermənistanda hərbi baza yaratmaq ehtimalına gəlincə, politoloq bunu real hesab etmir:


“Hərbi baza yaradılması üçün əvvəlcə bunun hüquqi bazasını formalaşdırmaq lazımdır. Strateji tərəfdaşlıq sənədində hərbi bazanın yaradılması ilə bağlı hər hansı bir müddəa yoxdur. Üstəlik, bir dövlətdə bir-birinə qarşı olan iki antaqonist dövlətin hərbi bazasının mövcudluğu absurd olardı. Buna görə də hələlik ABŞ-nin Ermənistanda hərbi baza quracağını ciddi saymıram. Ancaq bu, qısamüddətli müəyyən niyyətlərə xidmət edə bilər”.

 

Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...