Novruz süfrəsi bir ailəyə neçəyə başa gəlir? - ARAŞDIRMA

Novruz süfrəsi bir ailəyə neçəyə başa gəlir? - ARAŞDIRMA

Novruz bayramı ərəfəsində bazarlarda və marketlərdə canlanma müşahidə olunur. Ailələr bayram süfrəsini bəzəmək üçün ənənəvi nemətlərə üstünlük verirlər. Bazarlarda və mağazalarda mövcud olan qiymətlər göstərir ki, bu il ailələrin bayram xərci bir qədər də artacaq.

 

Bəs bu Novruzda bir orta ölçülü (dörd nəfərlik) ailənin bayram süfrəsini hazırlaması üçün nə qədər pul lazımdır?


Sfera.az xəbər verir ki, Novruz süfrəsinin ayrılmaz hissəsi olan çərəzlərdə bu il bahalaşma qeydə alınıb.

 

Şabalıdın kiloqramı yerli məhsul üçün 15-17 manat, idxal olunan variant üçün 8-9 manatdır. Qozun kiloqramı 6-12 manat arasında dəyişir. Fındıq 6-10 manata, badam 4,8 manata, püstə isə 27-35 manata təklif olunur.

 

Bayram süfrəsinin hazırlanması üçün daha çox pul mal və qoyun ətinin alınmasına, eləcə də kərə yağına gedəcək. 

 

Bayram ərəfəsində dana ətinin bir kiloqramı 15 manata, quzu ətinin bir kiloqramı 20-21 manata, kərə yağının bir kiloqramı isə 20-24 manata satılır.  


Digər əsas ərzaq məhsullarının qiymətləri isə aşağıda kimidir:


Turşu xiyar  2-4 manat;
Yaşıl noxud (400 qram) 3 manat;
Baş soğan 1,1 manat;
Kartof 0,8-1,2 manat;
Kök (400 qram) 0,9 manat;
Yumurta (10 ədəd) 1,55-4 manat;
Toyuq filesi (300 qram)  3,30 manat;
Xama (250 ml) 1,2 manat;
Mayonez (400 ml) 2-6 manat;
Təzə xiyar  3-3,5 manat;

 

Pomidor 2,7-3,5 manat;
Göyərtilər (1 dəstə)  0,25 manat;
Un 1,5 manat;
Şokalad 12-22 manat;
Balıq 9-12 manat;
Düyü 4,7 manat;
İydə 7 manat;
İnnab 9 manat;
Xurma 9-20 manat;
Şabalıd 11-12 manat;
Ərik qurusu 6-7 manat;
Alma 1,5-2,5 manat;
Mandarin 3-3,5 manat;
Banan 3-3,2 manat;
Baş soğan 1,1 manat;
Kola işkisi 1,4 manat;

 

Bazarlarda və marketlərdə bayram xonçaları da satışdadır. Kiçik xonçalar 25 manatdan başlayır, daha böyük və zəngin tərkibli variantlar isə 200-250 manata qədər təklif olunur.


Ümumilikdə, dörd nəfərlik bir ailənin Novruz bayramı süfrəsi üçün orta hesabla 370 manat xərc tələb olunur. 2024-cü ildə Novruz bayramı ərəfəsində süfrənin bir süfrənin qiyməti 330 manata başa gəlirdi. 


Müqayisə göstərir ki, bu il bir orta ölçülü ailənin bayram xərcləri təxminən 40 manat, yəni 12 faiz artıb. 

 

Bəsti Rəfizadə
 


OXŞAR XƏBƏRLƏR

Paraşütçü tullanma zamanı başqa bir paraşütçü ilə toqquşaraq həyatını itirdi

ABŞ-ın Corciya ştatında keçirilən atlama zamanı 48 yaşlı paraşütçü Jasmin Blək havada başqa bir paraşütçünün paraşütü ilə toqquşaraq həyatını itirib. Sfera.a...

Dima Bilanın səsi batıb

Rusiyanın Əməkdar artisti Dima Bilanın səsi tutulub.   Sfera.az xəbər verir ki, bu barədə ifaçı özü məlumat yayıb. O, bu səbəbdən Soçidəki konse...

Messi ilə görüşdən danışdı: Meydanda dost yoxdur!

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi klublararası dünya çempionatının 1/8 final mərhələsində “İnter Mayami”yə qarşı keçiriləcək qarşılaşma barədə fikirl...

ABŞ-da həddindən artıq istilər səbəbindən yollar çöküb - VİDEO

ABŞ-ın Missuri ştatındakı Cape Girardeau şəhərinin yollarında istilər səbəbindən nəhəng çuxurlar əmələ gəlib. Bəzi sürücülər yollarda səviyyə fərqinə görə çətin...

Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarət tədbirləri zamanı bir sıra topdan və pərakəndə s...

Şəbnəm Tovuzlunu "dollar yağışı"na tutan ailə narkotacir imiş - VİDEO

Bir neçə gün əvvəl sosial şəbəkələrdə məşhur müğənni Şəbnəm Tovuzlunun Gürcüstanın Qardabani rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində "dollar y...