Tramp Putinlə söhbəti çox məhsuldar adlandırıb


Tramp Putinlə söhbəti çox məhsuldar adlandırıb

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığını çox məhsuldar adlandırıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Tramp “Truth Social”da müvafiq paylaşım dərc edib.

 

“Rusiya Prezidenti Putinlə bugünkü telefon danışığım çox yaxşı və məhsuldar oldu”, – o yazıb.

 

Tramp həmçinin bildirib ki, o, Putinlə Rusiya – Ukrayna münaqişəsinin həlli ilə bağlı sazişlərin müddəalarını müzakirə edib.

 

“Sülh sazişinin bir çox elementləri, o cümlədən minlərlə əsgərin həlak olması və həm prezident Putin, həm də prezident Volodimir Zelenski bunun dayandırılmasını istəməsi müzakirə olunub”, – ABŞ prezidenti yazıb.

 

Söhbətin ardınca Tramp vurğulayıb ki, tam atəşkəs rejiminin tətbiqi üzrə işlər indi sürətləndiriləcək: “Proses artıq tam qüvvədədir. Ümid edirik, bəşəriyyət naminə bu işi görəcəyik. Biz Rusiya və Ukrayna arasındakı bu dəhşətli müharibənin yekunda dayandırılması və nəticədə tam atəşkəsə doğru sürətlə işləyəcəyimiz anlayışı ilə bütün enerji və infrastruktur obyektləri üzrə dərhal atəşkəs barədə razılığa gəldik”, – o qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Jurnalistlərimizin minaya düşərək şəhid olmasından 4 il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından dörd il ötür.   Sfera.a...

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...