Prezident Azərbaycan xalqını təbrik edib

Prezident Azərbaycan xalqını təbrik edib

Hörmətli həmvətənlər!

 

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval‑ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram.

 

Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur.

 

Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir.

 

Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir. Əminəm ki, bu həmrəylik duyğusu yaz fəslinin yeniləşdirici ab-havası və beşinci ildönümünə hazırlaşdığımız şanlı Zəfərin verdiyi mənəvi güclə vəhdətdə ümumxalq əhəmiyyətli bütün işlərimizin lazımi səviyyədə icrasını təmin edəcəkdir. Bayram sevincini işğaldan azad olunmuş əzəli torpaqlarımızda yaşayan soydaşlarımız əbədi qayıtdıqları öz dədə-baba yurdlarında aydın səma altında əmin-amanlıq içində daim şövqlə qurub yaradacaqlar.

 

Üzümüzə gələn Novruz bayramının hər evə, hər ocağa firavanlıq, səadət və bol ruzi-bərəkət gətirməsini diləyirəm.

 

Bayramınız mübarək olsun!


OXŞAR XƏBƏRLƏR

İrandan etiraf: “Nüvə obyektlərinə ciddi ziyan dəyib"

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi ABŞ və İsrailin hücumları nəticəsində ölkənin nüvə obyektlərinə ciddi ziyan dəydiyini bildirib. Sfera...

Bakıda qəbirstanlıq yanır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda qəbirstanlıq ərazisində yanğın olması barədə ilkin məlumat...

NATO sammiti gələn il Türkiyədə keçiriləcək

NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Haaqada keçirilən sammitin yekun bəyanatında deyilir. 2027-ci ...

Universitetlərlə bağlı YENİLİK – 4 illik təhsil tarixə QOVUŞUR...

Azərbaycanda ali təhsil müddətinin azaldılması, son dövrlərdə təhsil sahəsindəki əsas müzakirə mövzularından birinə çevrilib. Təhsil müddətinin qısaldılması, cə...

Asteroid Ayla toqquşacaq

2024-cü ilin sonunda kəşf edilən, 60 metr enindəki “2024 YR4” adlı asteroidin 2032-ci il dekabrın 22-də Yerə çırpılma ehtimalı əvvəlcə 3,1 faiz olar...

Müasir enerji layihələri milli təhlükəsizliyimizin gücləndirilməsinə xidmət edir

Enerji təhlükəsizliyinin təmin olunması bu gün bütün ölkələr tərəfindən prioritet vəzifələrdən biri kimi qiymətləndirilir. Qlobal təhlükəsizliyi təhdid edən yen...