Cinayətkarı süni intellekt proqramı ilə tapdılar - FOTO

Cinayətkarı süni intellekt proqramı ilə tapdılar - FOTO

İngiltərədə 27 il ərzində qaçaq yaşayan və uşaq istismarı cinayətləri ilə axtarılan Riçard Burrovs, süni intellekt dəstəyi ilə üz tanıma texnologiyası sayəsində Taylandda yaxalanıb. Polislər Burrovsun fotosunu süni intellektlə işləyən üz tanıma proqramı "PimEyes" vasitəsilə axtarıblar. Axtarış zamanı Burrovsun əvvəlki üz cizgilərinin Taylandın Puket adasında Peter Smit ad və soyadı ilə yaşayan bir ingilis mühacirinin üz cizgilərinə uyğun gəldiyi müəyyən edilib.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, araşdırmalar zamanı Burrovsun gənc bir Taylandlı ilə yük konteynerində yaşadığı və saxta şəxsiyyətlərdən istifadə edərək uzun illər qaçaq olduğu üzə çıxıb.

 

80 yaşında olan Burrovs, 1968-1995-ci illər arasında Cəzirə, Vest Midlands və Vest Mercia bölgələrində 24 oğlan uşağını sistematik şəkildə cinsi istismara məruz qoyub. O, izci rəhbəri olduğu dövrdə uşaqlarla etibar quraraq onlara qarşı cinsi təcavüz həyata keçirib.


1997-ci ildə məhkəməyə çıxarılmasına baxmayaraq, sərbəst buraxılan Burrovs, saxta şəxsiyyətlə Taylanda qaçaraq burada mühacir mühitində rahat həyat sürüb. Lakin yaşlılıq və sağlamlıq problemləri ilə üzləşən Burrovs, Taylanddakı dostlarına vida edərkən “artıq musiqi ilə üzləşmə zamanı gəldi” deyərək öz kimliyini etiraf edib. Bu etirafdan sonra başlanan araşdırmalar nəticəsində Burrovsun həqiqi şəxsiyyəti üzə çıxıb və o, Taylandda tutularaq İngiltərəyə gətirilib. Məhkəmədə Burrovs, uşaqlara qarşı cinsi istismar, qeyri-etik hücum və saxta şəxsiyyət istifadə etmək kimi 54 cinayətdə təqsirli bilinib.


1997-ci ildən bəri qaçaq həyat sürən Burrovsun gələn ay məhkəmədə ömürlük həbs cəzası ala biləcəyi gözlənilir. Süni intellekt dəstəyi ilə üz tanıma texnologiyasının istifadəsi, uzun illərdir qaçaq olan cinayətkarların yaxalanmasında mühüm bir dönüş nöqtəsi kimi qiymətləndirilib.


Bəsti Rəfizadə

 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...