VİDEO: Yol polisi sürücünü ağlatdı - Onun barəsində hansı tədbir görüləcək?

VİDEO: Yol polisi sürücünü ağlatdı - Onun barəsində hansı tədbir görüləcək?
Görüntülər Sabirabad rayonu ərazisindəki Dövlət Yol Polis Postunda çəkilib
 

Yol polisi sürücünü ələ salıb ağlatdı.

Xezerxeber.az məlumat verir ki, görüntülər Sabirabad rayonu ərazisindəki Dövlət Yol Polis Postunda çəkilib.

Məlumata görə, sosial şəbəkələrdə yayılan bu videonu yol polisi əməkdaşı özü çəkib, onu yayan isə həmin polisin tanışı olub. Hadisə Dövlət Yol Polisinin Sabirabad postunda baş verib. 99-YP-965 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan Elvin adlı inspektor saxlatdığı sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkərək öz tanışına göndərib.

Ümumiyyətlə, belə anlaşılır ki, bu sürücü yük avtomobili idarə edir. Və o, yol polisinin "saxla" işarəsinə əməl etməyərək hərəkəti davam etdirib. Sürücü özü də etiraf edir ki, səhv edib. Amma polis əməkdaşı isə sürücünün ünvanına qeyri-etik sözlər işlədərək, onu 700 manat cərimə ilə hədələyir.

Sürücünün yalvarışlarından sonra belə anlaşılır ki, onu sərbəst buraxıblar. Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev ''Xəzər Xəbər''ə bildirdi ki,  məsələ idarədə araşdırılır və araşdırmanın sonunda hüquqi qiymət veriləcək.

Əlbəttə, sürücünün yol polisinin "saxla" əmrinə riayət etməməsi təqdir olunası hal deyil. Bəs yol polis əməkdaşının sürücünün yazıq görkəm alıb yalvarmasını və ağlamasını telefonla çəkib tanışına göndərməsi necə, bu, cəzasız qalmalıdır?

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, bu, tamamilə qanunaziddir: "Bu görüntüləri çəkib yaymaqla yol polisləri sürücünün şərəf və ləyaqətini alçaldırlar. Hər iki yol polisinin əməlinə hüquqi qiymət verilməlidir və onlar qanun qarşısında cəzalandırılmaldır",- deyə ekspert bildirdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı vedeomaterialı təqdim edir:


OXŞAR XƏBƏRLƏR

Eldar Əzizovun cavabı Pezeşkianı təəccübləndirdi- VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Rusiyadan Hindistan və Pakistana çağırış

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Pakistan və Hindistanın Moskvadakı səfirləri Məhəmməd Xalid Camali və Vinay Kumar ilə görüş keçirib. &nb...

Azərbaycanın idman gimnastı Dünya Kubokunun qalibi oldu

Azərbaycanın idman gimnastı Nikita Simonov Dünya Kubokunun qalibi olub.   Sfera.az xəbər verir ki, milli üzvü 6 mərhələnin yekunlarına əsasən halqala...

Əliyevin Pezeşkianla görüşündən yeni görüntülər yayıldı - VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən görüntülər paylaşılıb.   Sfera.az paylaş...

İkardidən Wanda Naranı qıcıqlandıracaq paylaşım

"Qalatasaray" azarkeşlərinin yenidən meydana qayıtmasını səbirsizliklə gözlədiyi Mauro İkardi həm karyerasında, həm də şəxsi həyatında xoşbəxt günlər ...

Donald Tramp Virciniya Giuffrenin ölümü ilə bağlı açıqlama verdi - FOTO

ABŞ prezidenti Donald Tramp 41 yaşlı Virciniya Giuffrenin ölümünü “dəhşətli” adlandırıb.   Sfera.az bildirir ki, Tramp bunu Nyu-Cersi hava ...