Xaricə səfər edən azərbaycanlıların sayı azalıb


Xaricə səfər edən azərbaycanlıların sayı azalıb

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 162 ölkəsindən 338,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

 

Bildirilib ki, gələnlərin 23,4 faizi Rusiya Federasiyası, 18,6 faizi Türkiyə, 9,9 faizi Hindistan, 9,3 faizi İran, 5,0 faizi Gürcüstan, 3,3 faizi Qazaxıstan, 3,2 faizi Pakistan, hər birindən 2,9 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 faizi Küveyt, 1,7 faizi Özbəkistan, 1,6 faizi Çin, hər birindən 1,4 faiz olmaqla Türkmənistan və Ukrayna, 1,2 faizi İsrail, 1,1 faizi Oman, 11,3 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 72,2 faizini kişilər, 27,8 faizini qadınlar təşkil edib.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Tacikistandan - 1,9 dəfə, Çindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, İordaniyadan - 44,6 faiz, Hindistandan - 44,0 faiz, Qırğızıstandan - 25,7 faiz, Qazaxıstandan - 21,0 faiz, Pakistandan - 19,6 faiz, Misirdən - 18,9 faiz, ABŞ-dan - 17,4 faiz, Niderlanddan - 16,5 faiz artıb.  

 

2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 faiz azalaraq 11,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 9,9 faiz azalaraq 62,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,2 faiz azalaraq 107,4 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 10,8 faiz artaraq 158,1 min nəfər təşkil edib.

 

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,2 faizi hava, 27,2 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib. 

 

2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0,1 faiz azalaraq 296,3 min nəfər olub.

 

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,4 faiz, Gürcüstana gedənlərin sayı 17,4 faiz artıb, Türkiyəyə gedənlərin sayı 2,7 faiz, Rusiyaya gedənlərin sayı isə  27,7 faiz azalıb. Azərbaycan Respublikası vətəndaşlarının 36,9 faizi Türkiyəyə, 15,8 faizi Rusiyaya, 11,4 faizi Gürcüstana, 10,7 faizi İrana, 25,2 faizi digər ölkələrə səfər etmişdir.  Gedənlərin 67,5 faizini kişilər, 32,5 faizini qadınlar təşkil edib.

 

2025-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,1 faizi hava, 29,7 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...