Bu canlı "İlin balığı" mükafatı aldı

Bu canlı "İlin balığı" mükafatı aldı

Bir vaxtlar "dünyanın ən çirkin heyvanı" adlandırılan “blobfish” (lələk balığı) bu il Yeni Zelandiyada "İlin balığı" mükafatını qazanıb. 

 

Sfera.az “The Guardian” nəşrinə istinadən xəbər verir, okeanın dərinliklərində yaşayan bu unikal növ, uzun üzgəcli ilanbalığı və cücə dəniz atını geridə qoyaraq ön plana çıxıb. “Blobfish” Yeni Zelandiya və Avstraliya sahillərində yüksək təzyiqli dəniz dərinliklərində yaşayır və bu çətin həyat şərtlərinə uyğunlaşa biləcək fərqli anatomik quruluşa malikdir.

 

Bədən formaları suyun sıxlığından daha az ağırlığa malik olduğundan, dəniz dibinin üzərində süzülə bilmək üçün jelə bənzər bir quruluşa sahibdirlər. Bu növ skelet, əzələ və pulcuqlardan məhrumdur, üzmə kisəsi əvəzinə özünəməxsus forma ilə hərəkət edir.

 

Fidan Hacızadə 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...