Husilərdən sonra növbə İranındır? - Zərbələrin endirilməsi ehtimalı artır

Husilərdən sonra növbə İranındır? - Zərbələrin endirilməsi ehtimalı artır

ABŞ Prezidenti Donald Tramp Yəmənin husi qiyamçılarının hücumlarının arxasında İranın olduğunu bildirib. Tramp husilərin bütün hücumlarına görə Tehranı məsul biləcəyini deyib və İranı vuracağı ilə hədələyib. 


ABŞ bu hədələrini gerçəkləşdirərsə, hansı nəticələr gözlənilir? Bu cür bəyanatlar regionda yeni müharibə və ya gərginliklərə yol aça bilərmi?

 

Sfera.az-a bu barədə açıqlama verən politoloq Əziz Əlibəyli hazırda Yaxın Şərqdə, xüsusilə də İsrail-Livan sərhədində qarşıdurmaların davam etdiyini bildirib. 

 

Politoloq vurğulayıb ki, husilərin İran tərəfindən dəstəklənməsi bu ölkəni də hədəfə çevirir:

 

“Husilərin arxasında İranın təsirində olan silahlı qruplaşmaların durduğu ehtimal edilir. Güman edilir ki, bu qruplaşmalar İran tərəfindən maliyyələşdirilir və dəstəklənir. Buna görə də həmin birləşmələrə qarşı hərbi zərbələr endirildikdən sonra, İranın özünün də hədəfə çevrilməsi gözlənilir. Eyni zamanda, İranın ali rəhbəri Xamenei və ABŞ-nin Prezidenti Donald Tramp arasında baş verən məktub mübadiləsi və onun nəticələri fonunda İranın xüsusi təyinatlı hərbi qüvvələrinin hədəfə alınması gündəmdədir. Yəməndə aparılan hərbi əməliyyatlardan sonra İranın strateji obyektlərinə də zərbələrin endirilməsi ehtimalı artır”.


Fidan Hacızadə 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...