Cehiz rəsmiləşdirilir? - AÇIQLAMA

Cehiz rəsmiləşdirilir? - AÇIQLAMA

"Cəmiyyətimizdə mediasiya mədəniyyəti çox aşağı olduğu üçün insanlar mübahisənin barışıq formasında həll etməyə meyilli olmurlar. Bu sistemin səmərəliliyinin təbliğ olunması çox əhəmiyyətlidir".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mediasiya haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

 

O bildirib ki, mediasiya sistemi bizim hüquq və cəmiyyətin özünün sisteminin güzgüsü kimi anlaşılmalıdır:

 

"Xüsusilə ailə münasibətlərində çox ciddi məsələlər ortaya çıxır. Bu, nikah müqavilələri ilə bağlı məsələdir. Biz çox vaxt burada vətəndaş məsuliyyətsizliyi məsələsini arxa planda tutduğumuza görə bir sıra məsələlər mediasiya və məhkəmədə çətinlik yaradır. Bizdə nikah müqavilələri könüllüdür. Belə ki, insanlar bir-birinə üzük, qazan, aşsüzən və s. aparır, bunların heç birini sənədləşdirmir. Bunu sənədləşdirmədiyi üçün boşanma olan kimi mediasiyanın, məhkəmənin üzərinə yıxırlar ki, bunun alınıb qaytarılması təmin edilsin.

Bu mübahisələr gündəmi zəbt edir. Uşağın taleyi bir tərəfə qalır, amma üzüyün qaşını dəyişmisiz, bunu olduğu kimi qaytarmalısız deyə tələblər məhkəmənin əsas mövzusuna çevrilir. Ona görə nikah müqaviləsində məcburi elementləri bura tətbiq etməliyik. Bundan sonra heç bir şəxs hansısa şəkildə apardığı əşyaların geri qaytarılması tələbi ilə bu qədər uzun mübahisəyə girməyəcək. Bu məsələlər bir də qisas xarakterli amilə çevirilib. Bir çox hallarda həmin əşyalara ehtiyac olmasa da, prinsip onun alınması üçün ailə dəyərləri üzərində manipulyasiya edilməsinə səbəb verir. Bu, insanlar arasında barışmaz ziddiyyətlər yaradır".

 
Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...