Tədiyə balansında kəsir yaranıb - Səbəb

Tədiyə balansında kəsir yaranıb - Səbəb

2024-cü ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 438,1 milyon ABŞ dolları olub. 

 

Sfera.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 4 milyard 671,1 milyon dollarlıq profisit (əvvəlki illə müqayisədə 43,9 % az), kapital hesabındakı 1,4 milyon dollarlıq kəsir (6,9 dəfə az), maliyyə hesabındakı 5 milyard 001,1 milyon dollarlıq kəsir (əvvəlki il 16,7 % çox), balanslaşdırıcı maddələr üzrə 106,7 milyon dollarlıq kəsir (əvvəlki il profisit olub) hesabına formalaşıb.

 

Xatırladaq ki, 2023-cü ildə tədiyyə balansında 5 milyard 356,4 milyon dollar profisit olmuşdu.

 

Mərkəzi Bank bildirir ki, 2024-cü il üzrə tədiyə balansı xarici mühitdə formalaşan müxtəlif istiqamətli meyllərdən təsirlənib. Cari əməliyyatlar balansında profisit olsa da kapital və maliyyənin hərəkəti balansında (əsasən maliyyə öhdəliklərinin azalması ilə bağlı) 5 milyard dollar kəsir yaranıb. Bu dövrdə bir sıra strateji əhəmiyyətli layihələrin və tədbirlərin icrası, habelə iri həcmli maliyyə öhdəliklərinin ödənişi ilə bağlı xarici valyutada dövlət xərclərinin artımı nəticəsində ölkənin strateji valyuta aktivləri, yəni tədiyə balansı 438,1 milyon dollar azalıb.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Yay gəldi, dərd gəldi - Dəri problemlərindən necə qorunaq?

Yay aylarının başlaması ilə birlikdə havaların isinməsi və günəşli günlərin artması insan sağlamlığına, xüsusilə də dərinin vəziyyətinə birbaşa təsir göstərir. ...

İlham Əliyev onlara müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda keç...

Azərbaycanlı futbolçu Albaniya klubu ilə RAZLIĞA GƏLDİ

Vüsal İsgəndərli karyerasını yenidən Albaniyada davam etdirəcək.   Sfera.az xəbər verir ki, yarımmüdafiəçi "Partizani" ilə anlaşıb. ...

“Borcla verilən çay da haramdır" – İlahiyyatçıdan açıqlama

Azərbaycanda yas mərasimləri, xüsusilə ehsan süfrələri uzun illərdir cəmiyyətin ciddi müzakirə mövzusudur. Elə ailələr var ki, yaxınlarını dəfn edər-etməz borca...

Partlayış səslərinə hazır olun! -Müdafiə Nazirliyindən açıqlama

İyunun 18-i saat 13:00-dan 17:00-dək istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pir...

"Məktəblərdə seksual sağlamlıq təhsili olmalıdır" – Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov bildirir ki, hazırda Azərbaycanda nə məktəblərdə, nə də universitetlərdə seksual sağlamlıq təhsili ayrıca fənn və ya sistemli şəki...