"Həkimlər, tibb müəssisələri efirlərdə reklam olunmasın" - Deputatdan ETİRAZ

"Həkimlər, tibb müəssisələri efirlərdə reklam olunmasın" - Deputatdan ETİRAZ

"Bəzi yayımlarda insanları təlaşlandıraraq psixoloji təzyiq edilir".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elçin Mirzəbəyli  deyib.


Millət vəkili bildirib ki, telekanallar vasitəsilə ayrı-ayrı həkimlər, tibb müəssisələri müxtəlif məzmunlu verilişlərdə insanların emosiyalarına toxunmaqla, onları təlaşlandırmaqla reklam edilir. 

 

Onun sözlərinə görə, bu problem bir neçə telekanal və radio istisna olunmaqla bütün audiovizual yayımçılarda nəzərə çarpır və hətta əsas gəlir mənbələrindən birinə çevrilib:

 

“Səhər saatlarından etibarən radiolardan və telekanallardan xəstəliklərin adı və onların simptomları təlaşlandırıcı bir formada, həyəcanlı səslə və müsiqinin müşaiyəti ilə davamlı olaraq təkrarlanır. İnsanlara psixoloji təzyiq göstərilir və onlara xəstə olduqları aşılanır. Hətta tamamilə sağlam insan belə belə total psixoloji təzyiqin altında özünün xəstə olduğunu düşünə bilər”.

 

E.Mirzəbəyli nəzərə çatdırıb ki, Rusiyada 2014-cü ildən “dərman vasitələrinin, tibbi xidmətlərin, o cümlədən profilaktika və diaqnostikanın, müalicə və tibbi reabilitasiya üsullarının, habelə istifadəsi xüsusi hazırlıq tələb edən tibbi məhsulların reklamı” qadağan edilib:

 

“Qardaş Türkiyənin Həkimlik Peşəsi Etik Qaydalarının 11-ci maddəsində deyilir: “Həkim peşəsini yerinə yetirərkən reklam edə, ticari reklamlara vasitə ola, çalışmalarına ticari bir görüntü tətbiq edə, insanları təlaşlandıran, yanlış yönləndirən, haqsız rəqabətə yol açan davranışlara yol verə bilməz". Bu baxış bucağı Türkiyənin tibb, reklam və istehlakçıların hüquqları ilə bağlı bütün qanunvericilik aktlarında yer alıb və problem kökündən, birdəfəlik həll olunub. Bu səbəbdən də eyni problemlərin aradan qaldırılması üçün məsələnin hissə-hissə yox, birdəfəlik həll edilməsinin zəruriliyini və qardaş Türkiyənin tibb sahəsindəki hüquqi-normativ aktlarının izahında bildirildiyi kimi “Bütün müvafiq hüquqi və etik qaydalara uyğun olaraq, səhiyyə sahəsində reklamın aparılmasının qəti qadağan edilməsi”nin vacib olduğunu düşünürəm”.


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...