Ukraynada sülhə mane olacaq səbəb: "Bu, böhranının həllini çətinləşdirir"

Ukraynada sülhə mane olacaq səbəb: "Bu, böhranının həllini çətinləşdirir"

Böyük Britaniyanın Baş naziri Kir Starmerin rəsmi nümayəndəsi bildirib ki, çoxlu sayda ölkə Ukraynada sülhməramlı qüvvə yerləşdirməyə hazırdır. Onun verdiyi məlumata əsasən, bu təşəbbüs, ABŞ Prezidenti Donald Trampın Rusiya ilə sülh danışıqlarını təşviq etməsindən sonra Britaniya və Fransa tərəfindən irəli sürülüb və 37-dən çox ölkənin Ukraynanı dəstəkləmək üçün koalisiyaya qoşulması gözlənilir. Həmin ölkələrin əksəriyyəti NATO-ya üzvdür.  

Rusiya NATO-ya üzv ölkələrin əsgərlərinin Ukraynada yerləşdirilməsinə qarşı çıxıb. 


Bəs Ukrayna üçün sülhməramlı qüvvələrin göndərilməsi sabitlik və təhlükəsizlik baxımından nə dərəcədə önəmli hesab oluna bilər? 


Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Tural İsmayılov Avropa İttifaqı, Britaniya və ABŞ arasında Ukrayna məsələsində konseptual fikir ayrılıqları olduğunu bildirib.

 

Onun sözlərinə görə,  hazırda ABŞ Ukraynada döyüş əməliyyatlarının dərhal dayandırılması üçün bütün səylərini ortaya qoyduğu halda, Britaniya və Avropa İttifaqı vəziyyətin daha da davam etməsinə çalışır:

 

“Bu, təbii olaraq, Ukrayna böhranının həllini daha da çətinləşdirir. Mövcud şəraitdə Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsinə Rusiya qətiyyən razı ola bilməz. Avropa sülhməramlılarının Ukrayna ərazilərində yerləşdirilməsi fonunda Rusiyanın bu ölkə ilə hər hansı bir sülh müqaviləsi imzalaması və ya çərçivə sazişi bağlaması da inandırıcı görünmür”. 

 


Politoloq hazırda Ukrayna rəhbərliyinin əsas məqsədinin Qərbin Ukrayna ərazilərində mövcudluğunu daha da gücləndirməkdən ibarət olduğunu vurğulayıb.
T. İsmayılov qeyd edib ki, buna görə də Zelenskinin hökuməti həm Trampdan təhlükəsizlik zəmanəti almaq istəyir, həm də Avropanın təklif etdiyi sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsinə müsbət yanaşır:

 

“Lakin Rusiya həm siyasi, həm də hərbi rəhbərlik səviyyəsində dəfələrlə bəyan edib ki, Qərb institutlarının hansısa ad altında Ukrayna ərazisində yerləşdirilməsinə göz yummayacaq. Rusiyanın Ukrayna ərazilərinə hücumu da NATO-nun şərqə doğru genişlənməsi adı altında başladı. Belə bir şəraitdə Rusiya, sərhədlərinə yaxın ərazilərdə sülhməramlı qüvvələrin yerləşdirilməsinə razılıq verməyəcək”.

 

Fidan Hacızadə 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...